Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

1. Həkim cavabı: Mütəxəssislər əkiz uşaq valideyni olmaq üçün bir neçə amil müəyyən edib:
• irsi faktor (nəsildə əkiz uşaqların olması)
• yaş faktoru ( yetkin qadınlarda hormonal dəyışiklıkər daha çox baş verdiyi üçün)
• süni mayalanma nəticəsində (EKM)
• sonsuzluğun müalicəsi və oral kontraseptivlərin qəbulunun kəsilməsi nəticəsində ( FSH artması )
• milli xüsusiyyət (Afrika qadınları)
• anatomik anomal quruluş ("iki buynuzlu uşaqlıq")
• menstruasiya ( aybaşı dövrü 21 gün olan xanımlarda şans artır)
• tərkibində zülal zəngin olan qıdalanma vaxtı.

2. Oxucu sualı: Salam, həkim. Həmişə deyirlər ki, toy günü olan cinsi yaxınlıqdan sonra 3 gün gözləməlisiz. Amma mən elə cütlüklər də tanıyıram ki, bu qaydaya əməl etməyiblər, amma onlarda hansısa problem də yaranmayıb. Öyrənmək istəyirəm ki, bu 3 gün məsələsinin hansısa tibbi izahı varmı?

2. Həkim cavabı: Salam. İlk dəfə cinsi əlaqədə olan xanımlarda qızlıq pərdəsinin zədələnməsi (deflorasiya) nəticəsində yaranan qanaxma qısamüddətli olur və heç bir müdaxilə olunmadan dayanır. Buna baxmayaraq, deflorasiyadan sonra bir neçə gün cinsi əlaqədən çəkinsəniz daha məsləhətlidir, əks təqdirdə zədələnmiş nahiyənin sağalması ləngiyir və bəzi xanımlarda sonraki cinsi əlaqə vaxtı yaranan ağrılara səbəb ola bilər.

3. Oxucu sualı: Salam həkim, artıq 3-4 aya yaxındır ki, məndə sperma rəngində dəyişiklik var. Tün sarı, narınc rəngdə olur. Narahatlıq üçün hansısa səbəb varmı? Bu nədən ola bilər?

3. Həkim cavabı: Salam, sperma rəngində dəyişiklikər bir neçə səbəbdən ola bilər:
• qidalanma
• dərman və vitamin qəbulu
• üzunmüddətli cinsi pəhrizdən sonra, prostat şirəsinin durğunluğu
• sidik yolunun kapilyarlarının zədələnməsi nəticəsində yaranan kiçik qanaxmalar
• cinsi orqanların xəstəlikləri
• irin-iltihabı proses və s.
Sizə məsləhətim spermoqramma analizi vermək və cavabı ilə androloqa müraciət etməkdir.

4. Oxucu sualı: Salam, həkim. Eşidirik ki, xəstəliklər ən çox cinsi əlaqə vasitəsilə qarşı tərəfə yoluxur. Cinsi əlaqədən bir insanın spid ya da belə pis xəstəliklərdən birinin daşıyıcısı olmadığını necə bilə bilərik?

4. Həkim cavabı: Salam. Zöhrəvi xəstəlikərin əlamətlərinə cinsiyyət orqanlarda səpgi , ifrazat, şişkinlik, qızartı və s. aiddir. Amma Sizin partnyor hansısa bir cinsi yol ilə keçən xəstəliyin asimptomatik (yəni şikayətsiz) daşıyıcısıdı, cinsi əlaqədən bunu çətinliklə qabaqcaqan bilmək olar. Bəzi xəstəliklər ancaq xüsusi analiz vasitəsi ilə təyin olur. Lakin, əgər Siz bu infeksiyalardan qorunmaq istəyirsizsə mütləq baryer kontraseptivlərdən (prezervativ) istifadə etməlisiniz. Ancaq, yenədə, bu üsulla yoluxma riski azalır (70%), lakin tam istisna edilmir. Cinsi əlaqədən sonraki köməkçi təcili profilaktika kimi bəzi antiseptik məhlullar və antibakteriall sabundan istifadə edə bilərsiniz.
Cinsi partnyor seçdikdə diqqətli olun! Əgər Sizi narahat edən hansısa bir simptom varsa, mütləq həkimə müraciət edin, çəkinməyin.

Qeyd: Əgər siz suallarınızın cavabını birbaşa olaraq "Sağlam ailə" tibb mərkəzinin mütəxəssislərindən soruşamaq, müayinə olunmaq istəyirsinizsə, (012) 910 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.// kişi.az

Dostlarınla Paylaş

Saytda 158 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024