Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?
Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir.
Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır.
Mövzu ilə bağlı pediatriya mütəxəssisi Dr. Ülkü Tıraş məlumat verib.
"Bu tip xəstəliklər xüsusilə yaz-yay aylarında epidemiyalara səbəb olur. Ona görə də bu mövsüm xəstəliklərin daha çox yayıldığı bir dövrdür. Amma bu il onların sayı bir qədər də artıb. Əl-ayaq və ağız xəstəlikləri 10 yaşdan kiçik uşaqlarda çox rast gəlinir və yoluxucu xarakterlidir. Xəstəlik halsızlıq, qızdırma və limfa düyünlərində böyümə kimi əlamətlərlə özünü göstərir. Bu kliniki simptomlardan sonra ağızda, beldə qırmızı və su ilə dolu kiçik veziküllər şəklində səpkilər yaranmağa başlayır. Ağızda və dəridə səpkilər ağrılı olur. Səpkilər çıxdıqdan sonra, adətən qızdırma düşür",-deyə həkim bildirib.
Onun sözlərinə görə, xəstəliyi su çiçəyi ilə qarışdırırlar. Bu da yanlış müalicə metodu seçilməsinə səbəb ola bilər. Bütün bunları nəzərə alaraq, uşaqlarda səpki müşahidə edən valideynlər mütləq analiz və mayinələrdən keçməni gecikdirməməlidirlər.
medicalmedia.az 

Dostlarınla Paylaş

Saytda 125 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024