Ərinizin sizi aldatdığını bu üsullarla öyrənə bilərsiz | Tatli.Biz
Ərinizin sizi aldatdığını bu üsullarla öyrənə bilərsiz
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Ərinizin sizi aldatdığını bu üsullarla öyrənə bilərsiz

Ərinizin sizi aldatdığını bu üsullarla öyrənə bilərsiz
Ərinizin və ya sevgilinizin sizi aldatdığını bu üsullarla öyrənə bilərsiz

Aparılan araşdırmalara görə siz bu 6 üsuldan istifadə edərək həyat yoldaşınızın və ya sevgilinizin sizi aldatdığını öyrənə bilərsiz.

1.Əgər sevgiliniz və ya əriniz sizinlə əvvəlki qədər danışmırsa, bu, problemin olduğuna işarədir. Sadiq kişilər xanımları ilə danışmaqdan çəkinməz. Əgər danışmırsa, deməli ağzından nəsə qaçıracağından qorxur.

2.Özünü qəhrəman kimi göstərən kişilərdən təhlükə gözləməyin. Onlar özlərini sevgilərinə həsr edirlər və bundan zövq alırlar. Buna görə də xəyanət onları maraqlandırmır.

3.Kişilərin xəyanətinin ən bariz sübutu qadına qarşı diqqətinin azalmasıdır. Ancaq əgər xəyanət etdiyindən peşimandırsa, qadına daha çox diqqət göstərəcək və beləliklə də özünü "ələ verəcək". Sadiq kişi öz sevgilisi ilə dostlarına nisbətən daha çox vaxt keçirməyə çalışır. Əgər kişi qadını öz dostları ilə tanış etməkdən çəkinirsə, deməli onun gizlətmək istədiyi bir şey var.

4.Aldatmayan kişi qadını ilə gözəl xatirələr yaşamaq istəyir. Qadını daha əvvəl birgə getmədikləri yerlərə aparır, sürprizlər edir.

5.Sizinlə mübahisə edən kişidən qorxmayın. Aldatan kişilər problem yarandığı təqdirdə onu həll etməyə çalışmır, əksinə başqa qadının yanına qaçır.

6.Əgər kişi sizin dərdinizi dinləyib problemdən çıxış yolunu tapmaqda sizə kömək edirsə, bu, onun sadiqliyini götərir. Belə kişi heç bir zaman qadını üzəcək hərəkətə yol verməz.

Dostlarınla Paylaş

Saytda 136 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022