Əsla evlənilməyəcək 5 kişi tipi

Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Əsla evlənilməyəcək 5 kişi tipi

Əsla evlənilməyəcək 5 kişi tipi
Evlənmək üçün özünüzə uyğun və həyatıınız boyu sizi anlaya bilən namizəd seçmək öz əlinizdədir.

Məsləhətimiz isə aşağıdakı xüsusiyyətlərə malik kişilərdən mümkün qədər uzaq durmağınızdır.

Yalnız özünü düşünən kişilər

Yalnız özünü düşünən, əlaqədə özünü həmişə üstün tutan və siz onu tərifləsəniz belə yoldaşlarınız tərəfindən "eqoist" adlandırılan biriyləmi sevgilisiniz? Bu tip kişilər mütəmadi olaraq öz problemlərindən bəhs edərlər, amma əsla sizdən necə olduğunuzu, problemlərinizi soruşmazlar. Özlərini qiymətli hiss etmək üçün həyatlarında hər zaman bir qadının olmasını istəyən bu kişilər eyni dəyəri partnyorlarına hiss etdirməzlər. Evlilik mövzusundan danışıldıqda isə "Mən hazır olana qədər gözləyək" deyib həmişə mövzunu bağlayarlar. Qısacası, bu tip kişilərdən əsla "ideal yoldaş namizədi" ola bilməz!

Evlilik danışmaqdan həmişə qaçan kişilər

Evliliklə əlaqədar hər cümlədən qaçan, bu vəziyyəti söz mövzusu belə etməyən kişilər evlənmə fikrinə heç bir zaman müsbət münaibət bəsləməzlər. Siz evliliklə bağlı gələcək planlarınızdan bəhs etdikdə partnyorunuz mövzunu bağlayar və hazırda evliliklə əlaqdəli danışmaq istəmədiyini söyləyərlər. Evlənmək üçün hər hansı bir cəhd göstərməyən bu tip kişilər sizi də evlilikdən soyutmağa çalışar və bədbəxt edərlər.

Karyera düşkünü kişilər

Bu tip kişilər münasibətinizin üzərndən illər keçməsinə baxmayaraq evlilik mövzusunda sizə bir az daha səbrli davranmağınız lazım olduğunu dilə gətirirlər. Karyerasına bağlı olan, həmişə yalnız işləriylə və özüylə maraqlanan bu kişilər evlilik üçün heç bir zaman qəti tarix müəyyən etmir. Özüylə əlaqədar şeyləri hər zaman bir addım öndə tutan bu kişilərin gələcək planları arasında evlilik son sıralarda yer alır.

Əyləncə tutqunu kişilər

Həyatdakı tək məqsədi əyləncə və seks olan bu kişi əsla evlənməyi düşünməzlər. Bir qadınla uzun müddət birlikdə olmaq, ailə qurmaq və eyni dam altında yaşamaq bu tip kişilərin əsla ağlından belə keçməz. Onlar üçün əhəmiyyətli olan kifayət qədər əylənmək və əlaqədən sıxıldıqları zaman arxalarına baxmadan tərk etməkdir.

Evlilik planlarınızı bilən amma heç bir cəhd göstərməyən kişilər

Bu tip kişilər həyəcanla izah etdiyiniz evlilik və gələcək planlarınıza saatlarla qulaq asarlar. Sizin nə xəyal etdiyinizi çox yaxşı bilirlər və onların evləndiyiniz zaman necə mebellər almaq istədiyinizdən belə xəbərləri var. Ancaq onun planları haqqında sual soruşduğunuzda "Sən nə istəsən onu edək" ya da "Toyla əlaqəli hər şeyi sən seç, mən qarışmaq istəmirəm" kimi cavablar alırsınızsa, dərhal əlaqənizi təkrar nəzərdən keçirməyinizdə fayda var. Mütəmad olaraq sizi dinləyən, xəyallarınızdan danışan, amma heç bir cəhd göstərməyən bu kişi sizin üçün doğru bir yoldaş namizədi olmayacaq.

Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Duşuncə dərsi, Eşq və məhəbbət, Xəyanət, Testlər, Qadın psixologiyası, Kişi psixologiyası, Gəlin-qaynana, Cinsi munasibətlər, Psixoloji məsləhətlər, Gozel xanim, Saclara qulluq, Kosmetologiya, Makiyaj, Manikur və pedikur, Gozəllik xəbərləri, Ulduzların gozəllik sirləri, uzə qulluq, Bədənə qulluq, Estetik gozəllik, Moda, Moda luğəti, Moda xəbərləri, Stil dərsləri, ikonlar, Toy dəbi, cimərlik dəbi, Qırmızı xalca, Aksesuarlar, Ayaqqabı, Geyim, Gozəllik məhsulları, Alış-veriş, Dəbli bloq sahibələri

Saytda 118 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021