Evləndikdən sonra sevgini öldürən səbəb | Tatli.Biz
Evləndikdən sonra sevgini öldürən səbəb
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Evləndikdən sonra sevgini öldürən səbəb

Evləndikdən sonra sevgini öldürən səbəb
Hər kəsin evlilikdə əsas məqsədi xoşbəxt olmaqdır. Xəyallar ardınca qaçmamaq, həyat arzularınızı yaşayışınıza uyğun seçməyiniz evlilikdə xoşbəxt olmağınıza kifayət edər. Bilmək lazımdir ki, ideal insan yoxdu. Hər kəsin öz müsbət və mənfi cəhətləri var. Əsas olan sevdiyin insanı dəyişdirməyə, fərqli görməyə çalışmaq yox onu olduğu kimi sevmək, hər zaman yanında olmağı bacarmaqdır.

Kim nə deyir desin subaylığı seçən və ya sürətlə artan boşanmalar nə qədər çox olsada evlilik hər kəs üçün çox vacibdir. Çünki insanın öz ailəsinin olması çox önəmlidir. Dünyada ən böyük xoşbəxtlik xoşbəxt ailəyə sahib olmaqdır. Ailədə bu abu-havanı yaratmaq isə əksərən qadınların üzərinə düşür.

Görəsən həqiqətənmi evlilk sevgini öldürür? İllər ən atəşli sevgiləri belə söndürə bilər. Əsl sevgi ölmür deyirlər amma unudulur, soyuqluq, inciklik yaranır zaman keçdikcə.

Bir çiçək aldığınızı düşünün; əgər o çiçəyə qulluq etməsəniz, o çiçək solar, məhv olub gedər. Evlilik də eyni şəkildədir. Əmək versəniz, bununla əlaqədar çalışanız və düşünsəniz, sevginizin ölməsinin qarşısını ala bilərsiniz. Evləndik iş bitdi deyə düşünsəniz, evlilik təbii ki eşqi öldürər.

Evləndikdən sonra sevgi ölmür sankı yatır, yuxuya gedir. Yenidən oyatmaq lazım zaman-zaman. Evlilikdə münasibətlərə ən pis təsir edən isə monotonluqdur. Münasibətlərdə və cinsi həyatda arada sırada fərqlilik etmək lazımdır. Qadın ərinin qarşısına hər zaman baxımlı, təmiz və gözəl çıxmalıdır. Unutmayın kişilər onları güldürməyi bacaran, evdə yüksək əhval-ruhiyyə yaradan qadınları sevirlər.

Ən pis halda isə sevginin bitməsi evlilik münasibətinində bitməsinə gətirib çıxarmamalıdır. Sevgi olmadan belə xoşbəxt bir evlilik sürə bilməyi, qarşısındakı insanı başa düşməli, diqqət və qayğı göstərməyi bacarmalıdır insan.

Dostlarınla Paylaş

Saytda 179 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022