Evlənəcəyiniz adam bu 15 suala cavab vermədən ona ərə getməyin

Evlənəcəyiniz adam bu 15 suala cavab vermədən ona ərə getməyin


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Evlənəcəyiniz adam bu 15 suala cavab vermədən ona ərə getməyin

Evlənəcəyiniz adam bu 15 suala cavab vermədən ona ərə getməyin
Bu ciddi addımı atmadan bir-birinizə bu sualları verin!

Evli yaxınlarımızdan tez-tez eşitdiyimiz sözlərdən biri də onların öz seçimlərindən razı olmalarıdır. "Nyu-York Tayms" bu mövzu ilə bağlı sorğu aparıb: Cütlüklər evlilikdən əvvəl bir-birini yaxşı tanımaq üçün hansı suallara cavab verməlidirlər?

Sorğunun nəticələrindən 15 sual alınıb:

1. Evlilik zamanı uşaq planlaşdırırıqmi və əgər planlaşdırırıqsa bizdən hansımız ailəni dolandıracaq, hansımız evin və uşaqların qayğısına qalacaq?

2. Maliyyə öhdəlikləri haqqında təsəvvürlərimiz varmı, bu sahədə baxışlarımız uyğun gəlirmi, pulu nəyə xərcləyəcəyik, onu necə yığacağıq?

3. Ev işləri ilə kimin məşğul olacağını, qalan bütün işlərə kimin rəhbərlik edəcəyini müzakirə etmişikmi?

4. Bir-birimizə sağlamlığımız, fiziki və psixoloji vəziyyətimiz haqda hər şeyi danışmışıqmı?

5. Mənim partnyorum mənimlə kifayət qədər mehribandırmı?

6. Biz açıq və sakit şəkildə seksual ehtiyacımızı, önəm verdiklərimizi və qorxularımızı müzakirə edə bilirikmi?

7. Yataq otağımızda televizor olacaqmı?

8. Həqiqətənmi biz bir-birimizi dinləyə bilirik, ideya və iradlarımızı qəbul edə bilirik?

9. Bir-birimizin dini əqidəsini və ehtiyacları dəqiq başa düşə bilirikmi: uşaqlarımız nə vaxt və necə dini və mənəvi tərbiyə olunacaqlar?

10. Bir-birimizin dostlarına hörmət edirikmi? Onlar bizim xoşumuza gəlirmi?

11. Bir-birimizin valideynlərini qiymətləndirir və hörmət edirikmi? Onların bizim münasibətlərimizə qarışacaqlarından narahatıqmı?

12. Mənim ailəmdə səni nə qıcıqlandırır?

13. Evləndikdən sonra sənin və ya mənim imtina edə bilməyəcəyimiz hər hansı şeylər varmı?

14. Əgər bizdən birimizə ailədən uzaqda çox yaxşı bir vəzifə, iş versələr, bizdən birimiz gedə bilərikmi?

15. Rastlaşdığımız istənilən çətinliyin öhdəsindən gələcəyimizə inanaraq nigaha daxil olmağa əminikmi?

Bu suallara cavab verməyən cütlüklər ən təhlükəli münaqişə episentrində ola bilərlər. Çünki onlar əvvəlcədən bu məsələləri müzakirə etməyiblər.

Beləliklə, siz və partnyorunuz bu suallara cavab verməyə çalışın, bütün kartları stolun üzərinə qoyun, aranızda olan bütün qaranlıq məqamları aydınlaşdırın. Əgər razılaşaraq, kompromis varianta gələ bilmisinizsə, deməli sizdən həqiqətən də əla cütlük alınacaq!

Dostlarınla Paylaş

Saytda 341 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024