Evlilikdə yaş fərqi ilə bağlı 4 məqam

Evlilikdə yaş fərqi ilə bağlı 4 məqam


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Evlilikdə yaş fərqi ilə bağlı 4 məqam

Evlilikdə yaş fərqi ilə bağlı 4 məqam
Evli cütlüyün yaşca bir-birilərindən böyük olmaları evliliyə mane deyil. Xüsusən bir - iki yaş kimi az bir fərqin bir sıxıntı olmayacağı qənaətindəyik.

Evlənəcək cütlüklər arasında yaş baxımından bir uyğunluğun da olması vacibdir. İyirmi yaşlı gənc bir qızın əlli-altmış yaşında bir kişi ilə evlənməsi, yaş fərqi baxımından bir sıra iradlar doğurur. Bu məsələyə nümunə olacaq məqamları Peyğəmbərimizin (s) həyatından da görürük.

Həzrət Fatimə evlilik çağına gəldikdə, Həzrəti Əbu Bəkir və Həzrəti Ömər elçi gələrək onu Rəsulullahdan (s) istədilər. Lakin Peyğəmbərimiz (s.) "O, hələ kiçikdir"- buyuraraq nikaha razılıq vermir. Eyni təklif Həzrəti Əlidən gəlincə, peyğəmbərimiz (s.) bu evliliyi münasib görür və Həzrət Fatiməni Həzrət Əli ilə evləndirir. Belə ki, (Nesei, Nikah:7), o vaxtlar Həzrət Əbu Bəkr əlli bir, Həzrət Ömər qırx iki, Həzrət Əli isə iyirmi dörd yaşlarında idi. Həzrət Fatimənin isə on səkkiz yaşı vardı.

Kişiylə qadın arasında həddindən artıq yaş fərqinə qaçmamaq şərti ilə bir neçə yaş fərqinin olması uyğun görülür. Qadının kişidən yaş baxımından bir qədər fərqli və kiçik olmasının fizioloji açıqlaması da var. Qadın kişiyə görə daha tez yaşlanır, qırx-əlli yaşlarında klimatik dövrə girir. Beləcə, arada beş-on illik bu yaş fərqi bu tarazlığa mane olacaqdır.

Peyğəmbərimiz (s) evlilik ilə bağlı belə buyurur: "Bir qadınla dörd səbəblə ailə qurulur: mal və mülkü, nəsli və qohum-əqrəbası, gözəlliyi və əzəməti, dindarlığı və namuslu olması. Siz dindar olanını seçin".

Ailə quracağımız qızın sizdən böyük olması və ya tam əksinə, sizdən kiçik olması evlənməyə mane deyil. Burada əsas olan, şəxslərin anlayışı və mənəvi uyğunluğudur. Belə bir evliliyin xalq tərəfindən qəbul edilib-edilməməsi isə çox da əhəmiyyətli deyil. Kifayətdir ki, bizim dinimiz buna icazə versin.

Necə ki, Peyğəmbərimiz (s), ilk xanımı və altı uşağının anası olan Həzrət Xədicə ilə evlənəndə, xanımı qırx yaşında, özü iyirmi beş yaşında idi. O zaman Məkkənin ən tanınmış ailələrinin ən gözəl qızları Peyğəmbərimiz (s) ilə evlənmək üçün yarışırdılar. Demək ki gözəllik, yaş, nəsil qohum-əqrəba kimi xüsusiyyətlərdən daha çox din, ibadət, namus və əxlaq gözəlliyini üstün tutmalıyıq. Çünki, imanımızı bu dünyada qazanmalıyıq.

Müvəqqəti dünya üçün əbədi həyatımızı məhv etməyək. Unutmayaq ki, buradakı həyat yoldaşımız cənnətdə də həyat yoldaşımız olacaq. Ailə isə bizi ya cənnətə, ya da cəhənnəmə apara bilər.

Dostlarınla Paylaş

Saytda 238 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024