Evlilikdən sonra məhəbbət niyə bitir? Səbəbləri

Evlilikdən sonra məhəbbət niyə bitir? Səbəbləri


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Evlilikdən sonra məhəbbət niyə bitir? Səbəbləri

Evlilikdən sonra məhəbbət niyə bitir? Səbəbləri
Məhəbbətlə, sevgi ilə ailə qurmaq, əlbəttə ki, böyük xoşbəxtlikdir.

Lakin bütün ailələrdə bu məhəbbət və sevgi uzun müddət davam gətirmir. Heç bir il keçməmiş ailədə söz-söhbət yaranır. Hər iki tərəf bir-birinin ünvanına kəskin ittihamlar söyləyir.
Məsələ bununla bitmir. Bu mübahisələrə cütlüklərin ailələri də müdaxilə edir və söhbət ayrılıq həddinə qədər gəlib çatır.

Bəs bu anlaşılmazlığın səbəbi nədir?

Ölkəmizdə ailə quranların sayı armaq üzrə olsa da, heç bir il keçməmiş boşananların sayı da az deyil.

Gənclər sevdikləri insanla ailə qurmağa tələsir, ancaq ailə qurarkən ailənin məhsuliyyətini dərk etmirlər. Onların xəyal etdikləri məhəbbət nağılı elə qısa müddətdə bitir. Həm də xoşbəxt olmayan sonluqla.

Boşanmaların səbəblərindən biri yeni qurulan ailələrin maddi problemləridir. Maddi cəhətdən özlərini tam təmin edə bilməyən gənclər ailələrinin dəstəyinə möhtac qalırlar. Ev ala bilmədiklərindən ata və anaları ilə yaşamağa başlayan gənclər hər zaman ailələrinin nəzarəti altında olur, müstəqil qərar qəbul edə bilmirlər.
Digər tərəfdən, gənclər ayrı yaşasalar belə valideynlər onları sərbəst buraxmaq fikrində deyillər. Gənclərə məsləhət və ya düzgün istiqamət vermək əvəzinə onları yanlış addım atmağa yönəldən valideynlər də az deyil.

Ümumiyyətlə ər-arvad arasında yaranan mübahisələrin səbəbləri çoxdur. Ailənin dağılmasına gətirən səbəblərdən biri də ər-arvad münasibətlərində etikanın pozulması xəyanət, qısqanclıqdır.İstər qadın, istərsə də kişi tərəfindən olan yersiz qısqanclıq sevgi, hörmət hislərinin bitməsinə gətirib çıxarır.

Digər səbəblərdən biri də bioloji uyğunsuzluqdur. Eyni zamanda həyata olan baxışların fərqliliyi və tələblərin uyğunsuzluğu da ailələrin dağılmasının başlıca səbəblərindəndir.

Elə bir ailə təsəvvüt etmək çətindir ki, orada heç olmasa bir dəfə də olsun söz – söhbət olmayıb. Amma, mühüm olan odur ki, bütün problemləri sakitliklə, qarşılıqlı hörmətlə aradan qaldırasan.

Bir məsləni yaddan çıxartmamaq lazımdır ki, biz sivil insanlarıq, mübahisələri də, ayrılığı da, barışı da sivil yolla həll etməliyik.

Dostlarınla Paylaş

Saytda 51 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024