Evliliyə aid bunları bilməlisiniz

Evliliyə aid bunları bilməlisiniz


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Evliliyə aid bunları bilməlisiniz

Evliliyə aid bunları bilməlisiniz
Evlilik həyatı ilə bağlı bilməyiniz vacib olan əlamətlər bunlardır:

"Yatağa gəlirsən?" sualı
Qadınların ən böyük marağı kişinin yatağa gəlməsidir. Amma statistika nəticəsində məlum olub ki, bu sualı ən çox soyunmuş, qara tül gecə geyimini geymiş, lampanın zəif işığında yataqda uzanmış, ola biləcək ən şux səsi ilə "əzizim, yatağa gəlirsən?" deyə həyat yoldaşını otağa səsləyən qadınlar soruşmur. Bu sualı ən çox pijamasını corablarının içinə salmış, yarıyuxulu səs tonuyla çağıran qadınlardan bəhs edirik.

Hər kəsi evlənməyə səsləyən 1 aylıq evli kişi
"Evə gedirəm, yeməyim hazır, paltarlarım yuyulub, istədiyim zaman sevişirəm, daha nə olsun?

Belələrini adətən axşam evdən 2 saatlığına çıxa bilmək üçün 40 yalan atdığı, həftə sonu təmizlik etdiyi məlum olub.

Evlilik il dönümünü unutduğunu 2 gün sonra bilən kişi

İndi gəlin bu kişinin edə biləcəklərinə baxaq:

Ssenari - xatırladığı an yoldaşından üzr istəyən kişi

-Əzizim, 6-sı bizim evlilik ildönümümüzdür, hə?
- ... Unutmusan, hə?
-İş-güc ağlımdan çıxıb, vallah çox üzr istəyirəm
-Artıq evliliyin sənin üçün əhəmiyyətli olmadığı üçündür
-Sən də unutmusan, amma ...
-Dərhal məni qarışdırma, günahını azaltmaz bu ...
-Tamam, anlayıram, amma ikimiz də unutmuşuq, olur belə hallar
-Sus, get sən sevgililərinlə qeyd et

Belə vəziyyətdə yeganə çıxış yolunuz ona bahalı hədiyyə almaqdır.Yoxsa barışması çətin məsələdir.

"Gec gələcəyəm" deyib telefonu söndürən kişi

Belə vəziyyətlə qarşılaşa bilərsiniz. O zaman dialoqunuz belə olacaq.

-Salam, əzizim, necəsən
-Yaxşıyıq, oğlumuz dərslərini edir, mən də mətbəxdəyəm, plov bişirirəm, yanında nə isə istəyirsən?
-Aha, bişir, oğlumuz yesin
-Necə, yəni evə gəlmək fikrin yoxdur?
-Elə onu deyəcəkdim, bu gün dotlarla...
-Hər gün dostlarla, içməkdə, nələri isə qeyd etməkdəsiniz.
-Yaxşı, getmirəm, evə gəlirəm
-Yox, get, xətrim qalar

Belə situasiya ilə də qarşılaşmağınız normaldır, əziz xanımlar.

İkisi də işləyən cütlüyün intim həyatı

Cütlüklərdən biri uşaqlara nağıl oxuyarkən, digəri çayı dəmləyər, bir şeylər hazırlayır. Onların zalda yenidən görüşmə saatı 22:00-dır. Çay içərkən ya televizora baxarlar, ya film qoyarlar. Saat gecə 12 olar.

Uzandığı kresloda yaxşıca özündən keçən cütlüklər son dəfə sevişəkmi görəsən dəliliyi etmək istəyərlər. Qadın makiyajını silmək istəyər, sonra tualetə gedər, üstünü dəyişdirər deyərkən kişi artıq yatmağa hazırlaşar.

Öpüşüp yatarlar. Bu həftənin 5 günü belə davam edər. Həftə sonu uşaqları gəzdirək deyərək bu günləri də belə keçər. Öpüşüp yatarlar. Bəzən kişi "bu gecə mütləq sevişək" deyər. İki tərəf də rədd olunan tərəf olmamaq üçün istəkli görünər. Və sadəcə öpüşüp yatarlar.

Dostlarınla Paylaş

Saytda 148 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024