Evliliyi gücləndirən əlamətlər – Hər gün tətbiq edin

Evliliyi gücləndirən əlamətlər – Hər gün tətbiq edin


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Evliliyi gücləndirən əlamətlər – Hər gün tətbiq edin

Evliliyi gücləndirən əlamətlər – Hər gün tətbiq edin
Həyat yoldaşınızla birlikdə etdiyiniz adi bir hobbi belə münasibətlərinizin güclənməsinə səbəb olar. "Cütlük ritualı"nı mənalı, güclü münasibətdə olan iki insan arasında planlı, yenilənən paylaşım kimi qiymətləndirmək olar. Rituallar həyat yoldaşınızla paylaşdığınız bağı mütəmadi olaraq yada salır. Sevginizi və aranızdakı bağı simvolizə edir. Bununla yanaşı, rituallar güvənmək duyğusunu gücləndirmək üçün də faydalıdır. Aile.lent.az cütlüklər arasında bağları xarakterizə edən rituallardan bəhs edəcək.

Ritual mərasimləri olduqca sadə və ya mürəkkəb ola bilər, gündəlik və ya da illik proseslərdə təkrarlana bilər. Bu mərasimlər cütlüklərin bir-birinə və əlaqələrinə müsbət formada bağlanmalarını təmin edir.

Münasibət rituallarına bəzi nümunələri bu cür sadalamaq olar:

Görüşərkən və ya ayrılarkən qucaqlaşma, öpüşmə və ya öz aranızda bir hərəkət
Bir-birinizdən gününüzün necə keçdiyi soruşmaq
Gün ərzində bir-birinizi axtarmaq və ya mesaj yazmaq
Bir-birinizə məzəli selfie-lər göndərmək
Bir-birinizə qeydlər yazmaq və tapacağını ümid etdiyiniz yerlərə qoymaq
Birlikdə bir kitab oxumaq
Səhərlər yataqdan durmazdan əvvəl danışmaq və qucaqlaşaraq bir az vaxt keçirmək
Danışmaq və bölüşmək üçün günün müəyyən bir saatını təyin etmək
Bütün gecəni birlikdə keçirmək
İkinizin bir hobbinizin olması
Birlikdə ictimai məsuliyyətlər boynuna götürmək
Köhnə fotoşəkillərə baxmaq
Birlikdə yemək hazırlamaq
Bir-birinizə sevimli "ləqəblər"lə müraciət etmək

Rituallar müxtəlif məqsədlərə xidmət edir:

1. Müəyyən bir davranışa duyğularınızı da qatır
2. Aranızdakı qarşılıqlı münasibəti artırır
3. Qarşılıqlı olaraq romantik bağlılığınızı gücləndirir
4. Arzuladığınız bir ruh halı və ya da duyğu yaratmağa kömək edir
5. Güclü bir birlikdəlik duyğusu yaradır

Ritualların tərəf müqabilinizlə aranızda iş birliyi meydana gətirdiyini unutmayın. Onlar aranızdakı romantik bağın fərqli əks olunmalarıdır və kiçik də olsa xüsusidirlər. Bununla yanaşı, münasibətinizin ümumi keyfiyyəti üzərində böyük təsirə malikdir.

Ritualların olub-olmamasını müəyyən etmək üçün özünüzə və tərəf müqabilinizə dair bir-biriniz üçün nələr etdiyinizi soruşun. Yan-yana olmasanız belə, bir-birinizi düşündüyünüzü müəyyən etmək üçün nələr edirsiniz? Bu sualları cavab verməkdə çətinlik çəkirsinizsə, bəzi rituallar yaratmağa çalışın.

Ritual meydana gətirmək üçün sadəcə onu tətbiq etməyə başlayın. Bu daimi olaraq edildikdə bir ritual halına gələcək. Bu təşəbbüsü qaldıran sizsinizsə, həyat yoldaşınız bu davranışı sizdən davamlı olaraq gözləməyə başlayacaq və ehtimalla qarşılığını verməyə çalışacaq. Unutmayın ki, ritualların uzun, davamlı olması sağlam bir evlilik üçün lazımdır.

Dostlarınla Paylaş

Saytda 304 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024