Gənclərin çoxu gərdək gecəsindən imtina edir - sorğu | Tatli.Biz
Gənclərin çoxu gərdək gecəsindən imtina edir - sorğu
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Gənclərin çoxu gərdək gecəsindən imtina edir - sorğu

Gənclərin çoxu gərdək gecəsindən imtina edir - sorğu
İndiki gənclərin yarısından çoxu toy gecəsi borclarını yerinə yetirməyə tələsmirlər, bunun əsas səbəblərindən biri toy günü bəyin spirtli içkini çox qəbul eləməsidir.

"Daily Mail"ə istinadən xəbərinə görə, bu nəticə İngiltərədə 2 min cütlük arasında keçirilən sorğudan sonra ortaya çıxıb. Sorğuda iştirak edənlərin 52 faizi ilk gərdək gecəsi cinsi əlaqəyə girməyib, bunun əsas səbəbi toy gecəsi bəyin sərxoş olmasıdır (24%).

Toy gecəsi seksin ikinci plana keçməsinin başqa səbəbləri də var: gəlinin yorğun olması (16%), gəlinin sərxoş olması (13%), uşaqlara baxmaq məcburiyyəti (11%), bəziləri isə sadəcə mübahisə etdiklərindən ilk gecəni boşa verirlər (9%). Bəzi gənclər elə ilk gün bal ayına getdiklərindən (9%), bəziləri isə bütün toy gecəsi əyləndiklərindən (7%) ilk gecəni sekssiz başa vururlar.

Bundan əlavə sorğuda iştirak edən cütlüklərin 20%-indən çoxu etiraf edib ki, nəinki ilk gecə, heç ondan sonrakı bir neçə gün ərzində də cinsi əlaqəyə girməyiblər.

Sorğunun nəticələrini analiz edən ekspertlər bu nəticəyə gəliblər ki, belə vəziyyətin yaranmasına səbəb, cəmiyyətdəki dəyərlərin dəyişməsidir, cütlüklərin böyük əksəriyyəti evlənməmişdən qabaq bir yerdə yaşamağa başlayırlar, hətta onların uşaqları da olur, ona görə də ilk gərdək gecəsi anlayışı onlar üçün əhəmiyyətini itirir. Bundan başqa, gənc cütlükləri toya hazırlıq mərhələsindəki stress və əxlaqi təzyir çox yorur, onların ilk gecə həvəssiz olmalarının səbəblərindən biri də budur.

Dostlarınla Paylaş

Saytda 139 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022