Gizli şəkildə evli qadına vurulmuşam. Nə edim?

Gizli şəkildə evli qadına vurulmuşam. Nə edim?


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Gizli şəkildə evli qadına vurulmuşam. Nə edim?

Gizli şəkildə evli qadına vurulmuşam. Nə edim?
Sual:

Mən gizli şəkildə evli qadına vurulmuşam. Nə etməliyəm?

Cavab:

Məlumdur ki, insan özündən asılı olmayaraq onda baş qaldıran hisslərə görə cavabdehlik daşımır. Amma insan beynində özü yaratdığı, formalaşdırdığı və ona zövq verən düşüncələr üçün məhsuliyyət daşıyır.

Əgər insan hər hansısa bir qadını düşünərək, onunla əlaqəyə yaratdığını təsəvvürünə gətirirsə və bunu bilərəkdən edirsə, bu artıq günah hesab olunur. Doğrudur bu günah reallıqda olan günahdan az hesab edilir. Uca Allah müqəddəs Quranda buyurub:

"Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. (Allah) istədiyini bağışlar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir!" (əl-Bəqərə 2/284).

Evli qadına aşiq olmaq məsələsinə gəldikdə isə, insan özündən asılı olmadan belə hisslər keçirə bilər və yaxud qəlbində buna meylli ola bilər. Bu baxımdan, iradəsindən asılı olmayaraq yaranan hisslərə görə insan məhsuliyyət daşımır. Yox əgər o bilərəkdən onları beynində yaradır və bu hisslər ona zövq verirsə, bu halda o günah etmiş sayılır. Allahın rəsulu (s) buyurub:

"Evli qadını yoldan çıxaran, bizdən deyildir".

"Mən heç nə etmirəm, sadəcə sevgi hiss edirəm" - deməyin heç bir mənası yoxdur. Çünki bundan sonra yoldan çıxartma mərhələsi gələcək. /Islam-Today/

Dostlarınla Paylaş

Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024