Gözdəymənin əlamətləri

Gözdəymənin əlamətləri


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Gözdəymənin əlamətləri

Gözdəymənin əlamətləri
Hardan bilək ki, bizə göz dəyib? Ümümiyyətlə gözdəymə həqiətdirmi?

Peyğəmbərimiz Həzrəti Muhəmməd buyurub: "Nəzər həqiqətdir". (Buxari, Müslim, Əbu Davud). "Nəzər insanı qəbrə, dəvəni təndirə salar".
"Əgər qədərin (alın yazısının) qabağını ala bilən bir şey olsaydı, gözdəymə onu keçərdi". (Buxari Tibb kitabı 36, Libas kitabı 86; Müslim, 2188; ət-Tirmizi, 2061; Əbu Davud, 3879; Ibn Macə, 3506, 3507 və b).

Nəzər nədir?

İki insan üz-üzə oturur, amma üzün müddət və fasiləsiz bir-birilərinin gözlərinə baxa bilmirlər. Çünki gözdən çıxan şüalar digər gözlərə zərər vura bilər, yəni gözdəymə baş verər.
Baxışları emosional və qapalı, həmçinin iri və parlaq gözləri olanlar böyük təsirə malikdir. Hətta bu insanlar xoş niyyətlə də olsa diqqətlə nəyə isə baxsalar baxdıqları korlana bilər. Məsələn qab-qacaq sına bilər və yaxud elektrik cihazları sıradan çıxa bilər. İstənilən canlı və cansı nə varsa nəzərdən zərər görə bilər.

Gözdəyməni təzahürləri hansılardır?

Gözdəymənin əlamətləri: xiffət etmək, kədərlənmək, baş ağrısı, zəiflik, süstlük, ağır nəfəsalma, pessimistlik və əsəbilik.
Peyğəmbərimizin (s) buyurduğuna görə "Nəzər insanı qəbrə aparar" ifadəsi o deməkdir ki, nəzər dəymiş insan öz xəstəliyinin səbəbini izah edə bilmədən ağır xəstə olur. Belə insan həkimə müraciət etdikdə bütün müayinə və analizlərin cavabı onun xəstə olmadığını göstərir.

Allahın rəsulu (s) buyurmuşdur: " Nəzərdən Allahın mərhəmətinə sığının."

Müqəddəs kitabımızda nəzərdən qoruyan ayələr var. Fələq və Nas surələri belə ayələrdəndir.
Rəsuli-Əkrəm (s) buyurur: "Əgər bir kəs evində Fatihə və Ayətül-kürsi oxuyarsa, həmin gün nə ona, nə də onun evinə nəzər toxunmaz ."

Səhər-axşam Ayətül-kürsi, Fatihə, İxlas, Fələq və Nas surələrini oxuyanlar gözdəymədən və istənilən bədbəxtlikdən amanda qalarlar.

Islam-Today

Dostlarınla Paylaş

Saytda 96 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024