Gülüşünüzə görə xarakteriniz necədir? - TEST

Gülüşünüzə görə xarakteriniz necədir? - TEST


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Gülüşünüzə görə xarakteriniz necədir? - TEST

Gülüşünüzə görə xarakteriniz necədir? - TEST
Hər kəsin özünə məxsus jestləri və hərəkətləri vardır. Buna gülüş də daxildir. Sizin necə gülümsəmənizdən asılı olmayaraq gülüşünüzdə xarakterinizin də rolu var.

Gülərkən çənənizdən tutursunuz?
Bu, o deməkdir ki, yaşınız neçə olursa olsun, xarakteriniz gənclik cizgilərini özündə qoruyur. Bəlkə də bu səbəbdən bəzən çox düşünmədən addım atıb qərar qəbul edirsiniz.

Gülərkən əlinizlə ağzınızı tutursunuz?
Əgər belədirsə, o zaman özünüzə inanmırsınız. Tez-tez utanırsınız, kənarda qalmağı üstün tutursunuz. Sizə məsləhət: özünüzü aciz, aşağı səviyyədən analiz etməyin və ifrat dərəcədə özünüzü tənqid etməyin.

Gülərkən başınızı arxaya tərəf aparırsınız?
O zaman siz kifayət qədər inamlı, etibarlı bir insansınız. Bəzən öz hisslərinizə qapanaraq gözlənilməz addımlar atırsınız. Lakin hər vəziyyətdə hisslərə deyil də, ağlınıza güvənərək addım atsanız daha yaxşı olar.

Gülərkən əliniz üzünüzə və ya başınıza toxunur?
Əgər belədirsə, o zaman siz xəyalpərəst birisiniz. Xəyal qurmaq pis əlamət deyil, lakin bəzən gerçəkliklərə də nəzər salmaq lazımdır. Çalışın həyata və həyat problemlərinə real tərəfdən yanaşasınız.

Gülərkən burnunuzu büzürsünüz?
Hissləriniz və baxış tərziniz tez-tez dəyişir. Siz emosional və şıltaq birisiniz.

Ağzınızı açaraq möhkəm gülürsünüz?
O zaman sizi temperamentli və hərəkətli biri hesab etmək olar. Bəzi vəziyyətdə özünüzü ələ alıb idarə etməyiniz daha məqbuldur.

Sakit gülmək üçün başınızı qarşıya əyirsiniz?
Siz təmiz ürəkli, vicdanlı, vəziyyətə uyğunlaşan birisiniz. Hisslərinizi və hərəkətlərinizi idarə edə bilirsiniz.

Gülərkən gözlərinizi qıyırsınız?
Bu, sizin özünüzə inamınızdan və güclü zəkanızdan xəbər verir. Çalışqan və israrlı birisiniz. Bəzən həddindən artıq bu əlamətlər sizdə özünü göstərir və belə hallarda özünüzə kənardan baxmağa çalışın.

Xüsusi gülüş tərziniz yoxdur?
O zaman siz fərziyyəçisiniz, hər zaman və hər yerdə ilk öncə öz fikirlərinizə əsaslanırsınız.

Dostlarınla Paylaş

Saytda 414 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024