![]() |
Tatli.Biz Əyləncə Portalı | ![]() ![]() ![]() |
Hamilə qalmazdan əvvəl fol turşusunun əhəmiyyəti
Əgər siz gələcək aylarda hamilə qalmağı planlaşdırırsınızsa, fol turşusu əlavələri qəbul etmək yaxşı olardı. Fol turşusu hamiləliyin ilk mərhələlərində körpənizin onurğa və beyninin sağlam inkişafı üçün çox vacibdir. Kifayət qədər fol turşusu qəbul etməsəniz, körpənizdə spina bifidanın yaranma təhlükəsini artırırsınız (onurğa sütununun hamiləliyin ilk ayında bağlana bilməməsi) Həmçinin, fol turşusu bol olan qidaları da qəbul etmək əhəmiyyətlidir, çünki vitaminlər bütöv qidadan alındığı zaman daha yaxşı absorbsiya edilir və bitki fermentləri assimiliyasiyaya kömək edir.
Fol turşusu təşkil edən qidalar
Yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, brokkoli, kələm)
Qulançar
Noxud, Lobya və mərcimək
Bəzi meyvələr, xüsusən, papaya, portağal və qreypfrut
Çuğundur
Avokado