![]() |
Tatli.Biz Əyləncə Portalı | ![]() ![]() ![]() |
- Əvvəlcə sağlamlıq vəziyyətinizin hamiləliyə əlverişli olub-olmamasını təsbit etdirməlisiniz. Ürək-damar, tənəffüs sistemi, metabolik, şəkər xəstəliyi, yüksək təzyiq kimi hamiləliyə birbaşa təsir edən problemlərin olub-olmadığı müəyyən edilməlidir.
- Tam olaraq ginekoloji müayinədən keçməlisiniz. USM-lə uşaqlıq və yumurtalıqların vəziyyəti haqqında məlumat alınmalıdır. Təkrar olsa da qan testləri edilməməlidir.
- Qadın və kişinin ailəsində irsi olduğu düşünülən xəstəlik varsa, mütəxəssislərdən kömək istəyin. Planlaşdırılan hamiləlikdə bu riskin nə ola biləcəyi haqqında soruşun.
- İstifadə etdiyiniz və hamiləlikdə davam etdirməyiniz zəruri olan dərmanların hamiləliyə təsiri haqqında mütləq məlumat əldə etməlisiniz.
- Hamiləlik planlaşdırdıqda qidalanmanıza daha çox diqqət göstərməlisiniz. Hormonlu və bol karbohidratlı yeməklərdən uzaq durun. Qidaları təbii hallarına ən yaxın formada yeyin, yaşıl yarpaqlı salat və tərəvəzlərə üstünlük verin.
- Siqaret və spirt hamiləliyə mənfi təsir edir. Bunlar ümumi sağlamlığımıza və hamiləlikdə körpəyə zərərlidir. Bu səbəbdən də bu cür toksik vərdişləri tərgidin. Aile.lent.az