HAMİLƏLƏRİN NƏZƏRİNƏ: bu qidaları yemək vacibdir - SİYAHI

HAMİLƏLƏRİN NƏZƏRİNƏ: bu qidaları yemək vacibdir - SİYAHI


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

HAMİLƏLƏRİN NƏZƏRİNƏ: bu qidaları yemək vacibdir - SİYAHI

HAMİLƏLƏRİN NƏZƏRİNƏ: bu qidaları yemək vacibdir - SİYAHI
Hamiləlik zamanı düzgün qidalanmamaq doğulacaq uşaqda müəyyən fəsadlar yaradır. Mütəxəssislər bildirir ki, hamiləlikdən ən az iki ay əvvəl fol turşusu qəbul etmək lazımdır. Bu vitamin uşaqda onurğa və beyin qüsurlarının yaranma riskini 75 faiz azaldır. Bununla yanaşı, hamiləlikdə fol turşusu ilə zəngin qidalar da qəbul etmək lazımdır.

Tatli.Biz Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II mama-ginekoloiya şöbəsinin müdiri Turab Canbaxışovun anadangəlmə deffektlərin qarşısını alan fol turşusu ilə zəngin 10 qida barədə fikirlərini diqqətinizə çatdırır.

Brokoli

Brokoli yeyilə bilən ən yaxşı detoksikasiya edici qidalardan biridir. Yarım fincan brokoli orqanizmi 52 mg fol turşusu ilə təmin edir və bu, gündəlik fol turşusu ehtiyacının 13 faizini təşkil edir. O həm çiy, həm də bişmiş şəkildə qəbul edilə bilər. Bu tərəvəz salat və ya makaron üçün yaxşı bir əlavədir. Bundan başqa, ət ilə kombinə edərək ləzzətli qarnir hazırlaya bilərsiniz.

Qarğıdalı

Qarğıdalı fol turşusu ilə zəngin olan məşhur və möcüzəvi tərəvəzdir. Bir fincan bişirilmiş qarğıdalıda təxminən 34 mg fol turşusu var ki, bu da gündəlik ehtiyacın 9 faizini təşkil edir. Konservləşdirilmiş qidalardan istifadəni tövsiyə etmirik. Bunun əvəzində təbii halda istifadə etməlisiniz.

Maş lobya

Maş lobya bir çox səbəbə görə məşhurdur. Onun əldə edilməsi asandır, ucuzdur və bişirilməsi elə də çətin deyil. Hər gün boşqabınıza bir az əlavə edərək fol turşusu ehtiyacının 4-də 3 faizini ödəyə bilərsiniz.

Sitrus meyvələri

Bir çox meyvələrinin tərkibində fol turşusu var, lakin sitrus meyvələrində fol turşusunun miqdarı ən yüksək səviyyədədir. Xüsusilə naringi fol turşusu ilə zəngindir. Bir naringidə təxminən 50 mg fol turşusu var. Bir stəkan təzə sıxılmış naringi şirəsində bu vitaminin miqdarı daha çox olur. Fol turşusu ilə zəngin olan qidalara papaya, qreyfurt, üzüm, banan, yemiş və çiyələk də daxildir.

Avokado

Avokado Meksika mətbəxinin ən sevimli tərəvəzidir. Yağlı avokadonun bir fincanında 90 mg fol turşusu var. Bu da gündəlik tələbatın 22 faizini təşkil edir. Avokado fol turşusu ilə zəngin olan ən yaxşı qidadır. Eyni zamanda həm də yağ turşuları, vitamin K və qida lifləri ilə zəngindir. Avokadonu sendviç və salatlara qataraq, həm ləzzətli, həm də sağlıqlı qida əldə edəcəksiniz.

Tünd yaşıl yarpaqlı tərəvəzlər

Təəccüblü deyil ki, planetin ən sağlıqlı qidaları hesab olunan yaşıl tərəvəzlər həm də fol turşusu ilə zəngindir. Gündəlik rasiona kələm, ispanaq, ağ turp, kahı əlavə edilməsi fol turşusu ehtiyatının artmasına dərhal təkan verir. Bu dadlı göyərtilərin bir böyük boşqabı gündəlik fol turşusu ehtiyacının hamısını ödəyə bilər.

Asparaqus

Bu bitki fol turşusu ilə zəngindir. Bir fincan bişirilmiş asparaqus, orqanizmi 262 mg fol turşusu ilə təmin edir ki, bu da gündəlik fol turşusu ehtiyacının 62 faizini təmin edir. Asparaqus təkcə fol turşusu mənbəyi deyil, orqanizmin A, C, K vitaminləri və manqan ehtiyacını ödəyir.

Okra

Dünyada mövcud olan texniki bitkilər belə fol turşusu ilə zəngindir. Okra həzm sistemini zərərli maddələrdən təmizləyir, eyni zamanda vitamin və minerallarla təmin edir. Okra fol turşusunun əsas mənbələrindən biridir. Yarım fincan bişmiş okra təxminən 103 mg fol turşusu verəcək.

Brüssel kələmi

Brüssel kələminin fol turşusu ilə zəngin olması heç kim üçün sirr deyil. Bir fincan qaynadılmış brüssel kələmi qəbul edəriksə, gündəlik tövsiyə edilən dozanın təxminən 25 faizini təmin edərik. Bu kələmin tərkibində həmçinin A, C, K vitamini, manqan və kalium kimi vitamin və mineralların səviyyəsi də yüksəkdir.

Çərəz və toxumlar

Balqabaq, küncüt, günəbaxan, kətan toxumu olmasından asılı olmayaraq bunlardan hər hansı birinin çiy formada və ya salatlara qatılaraq yeyilməsi qidaya kifayət qədər fol turşusunun əlavə edilməsi deməkdir. Günəbaxan və kətan toxumunda fol turşusunun miqdarı daha çoxdur - bir fincanda 300 mg qədər. Çərəzlər, xüsusilə badam və fıstıq fol turşusu ilə zəngindir.

Dostlarınla Paylaş

Saytda 142 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024