Hamiləlik dövründə düzgün qidalanma qaydaları | Tatli.Biz
Hamiləlik dövründə düzgün qidalanma qaydaları
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Hamiləlik dövründə düzgün qidalanma qaydaları

Hamiləlik dövründə düzgün qidalanma qaydaları
Hamiləlikdə faydalı qidalar : Meyvə tərəvəz təbii vitamin qaynağıdır və bol - bol istifadə olunmalıdır.Salatlar ( mayonezli deyil , zeytun yağlı) faydalıdır. Süd - qatıq mümkünsə hər gün alınmalıdır . Dondurma südlü şirniyyatların ən faydalılarından biridir. Qırmızı ət, toyuq əti və həftədə 1-2 dəfə balıq əti yeyilməlidir.Çay,qəhvə həddən artıq - 2-3 fincandan artıq içilməsi məsləhət deyil, yerinə təzə sıxılmış meyvə suyu və adi su qəbul olunsa daha yaxşıdır.

Hamiləlikdə zərərli ola biləcək qidalar : İlk növbədə alkoqol və siqaret qadağandır.Şokalad, tortlar, şərbətli şirniyyatlar çox istifadə olunmamalıdır. Xəmir yeməkləri ,konservlər azaldılmalıdır, fast food -hamburger,dönər, pizza kimi zərərli qidalar,yaxşı bişməmiş ət,sosislər, kolbasalar,bişməmiş yumurta , mayonezli qidalar mümükün qədər yeyilməməlidir.Quru meyvə çərəzləri, cipslər, biskivitlər çox kalorilidir,həddən artıq alınmamalıdır. Pasterizə edilməmiş süd əsla içmək olmaz.

Həyatın digər dövrlərində olduğu kimi hamiləlikdə də sağlıqlı və balanslı qidalanmaq vacibdir.Birtərəfli qidalanmadan qaçınmalı, zülal, karbohidrat, yağ, vitamin, mikroelementlərin qidada kifayət qədər olmasına diqqət edilməlidir.Hamiləlikdə düzgün qidalanmaq " 2 nəfərin yerinə " qidalanmaq kimi başa düşülməməlidir.Hamilə qadının digər insanlara nisbətən yalnız 300 kkal daha artıq , yani 2300 kkal alması lazımdır. Əgər hamiləlikdə düzgün qidalnarsa və davamlı fiziki məşqlər edərsə , bu qadını həddən artıq çəki artımından qoruyur, doğuşdan sonra orqanizmin asanlıqla özünü toplamasına imkan verir. Qidalanma qida porsiyası az-az, gündə 5-6 dəfə şəklində olmalıdır. Həddən artıq yağlı, kəskin, ədvalı, qızardılmış, tam bişməmiş, konsev qidalardan, biskvit və tort kimi kalorili şirniyyatların çox istifadəsindən uzaq durmaq məsləhətdir. Suyun lazımı qədər içilməsinə də diqqət edilməlidir.Alkoqol qəbulu qadağan olunmalıdır.

Dostlarınla Paylaş

Saytda 144 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022