Hamiləlik dövründə idmanın faydaları | Tatli.Biz
Hamiləlik dövründə idmanın faydaları
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Hamiləlik dövründə idmanın faydaları

Hamiləlik dövründə idmanın faydaları
İdmanın insan orqanizminə nə qədər xeyirli olduğunu yəqin ki, hər birimiz çox gözəl bilirik.İdman insan həyatında çox vacibdir. Hər gün necə ki, yemək yeməyi unutmuruq, eləcə də idmanıda hə gün etməyi unutmamalıyıq.

Hamiləlik vaxtı da idman çox faydalıdır.Lakin fiziki məşqlərə başlamadan öncə qadın öz həkimi ilə məsləhətləşməlidir. Əgər riskli bir durum yoxdursa və həkim icazə verirsə idmana başlamaq olar.Ümumiyyətlə hamiləliyin 3 cü ayı bitdikdən sonra fiziki məşqlərə başlamaq məsləhətdir.İlk 3 ay risqli ola bilər.

Hamiləlikdə idmanın faydaları nələrdir ?

Yuxu problemini azaldır

Bel və kürək ağrılarını azaldır

Duruş və vücud şəkli pozulmlarını önləyir

Doğumdan sonra orqanizmin özünü daha tez və asan toplamasına kömək edir.

Normal doğumu asanlaşdırır, sancını azaldır

Ananın çox artıq çəki almasını əngəlləyir.

Hamiləlikdə əmələ gələn şiş və ödemləri azladır

Ananın fiziki ,sosial, psixi baxımdan özünü yaxşı hiss etməsinə komək edir

Hamiləlikdə fiziki məşqlər davamlı olaraq edilməlidir.Ara vermək , bəzən edib bəzən etməmək faydalı olmadığı kimi , zərərli ola bilər .Buna görə də həftədə orta hesabla 3 gün, ( 2 gündən bir ) müntəzəm olaraq məşq edilməlidir.İdmanda məqsəd asla çəki itirmək və ya artıq çəki alımını əngəlləmək deyil, bu məqsədlə edilməməlidır.İdman edərkən doğru qidalanmaya diqqət etdikdə hər hamilə kimi normla şəkildə kilo alacaqsınız.Hamiləlikdə kilo almanı əngəlləyəcək qədər ağır idmanlar qadağandır.Məşqlər çox uzun müddətli və qadını təngnəfəs edəcək qədər ağır olmamalıdır.Orta hesabla 20-30 dəqiqə idman uyğundur.Həddən artıq tərləmə, yorğunluq, təngnəfəslik yolverilməzdir.Məşq müddətində 5-10 dəqiqədən bir ara verərərk dincəlmək , nəfəs alıb verərək rahatlanmalıdır.İdmana yavaş , yüngül hərəkələrlə başlanmalı, eyni tərzdə də bitirilməlidir.

Ana günlük işlərində nələrə diqqət etməlidir :

Ev işləri görərkən , belini bükərək əyilməməli, dizlərini bükərək , diz üstündə dayanmalıdır.

Arxası üstə yatarkən, qalxıb oturmaq üçün öncə yana dönərək , qollardan qüvvət alaraq qalxmalıdır.

Stulda ağırlığını ayaqların verərək qalxmalıdır.

Dostlarınla Paylaş

Saytda 75 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022