Hamiləlik dövründə yaranan dəri genəlmsi və çarəsi

Hamiləlik dövründə yaranan dəri genəlmsi və çarəsi


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Hamiləlik dövründə yaranan dəri genəlmsi və çarəsi

Hamiləlik dövründə yaranan dəri genəlmsi və çarəsi
Hamiləlik dövründə yaranan dəri genəlmsi və çarəsi

Hamiləlik dövründə çəkinin artması ilə əlaqədar olaraq qadınlarda dəri genəlmələri olur. Fiziki diskomfort yaratmır, qeyri-estetik görünüşü ilə kompleks əmələ gətirir. Genəlmələr atrofin xarakter daşıyır. Döş nahiyəsində, qarın, bud, arxa zonalarda daha aydın nəzərə çarpır, Bəzi hallarda dəri genəlmələri hormonal və medikamentoz müalicələrin nəticəsində, eyni zamanda tez-tez kortikosteroid preparatları qəbul etdikdə də əmələ gəlir. Bundan başqa, elastik və kollagen liflərin yaranmasında böyük əməyi olan zülalların çatışmazlığı zamanı dəri genəlmələrinin sayı daha da artır. İxtisaslaşmış həkim-kosmetoloqların fikrinə görə, tez-tez üstünə düşməklə vaxt itirmədən yarım illik genəlmələri korreksiya etmək olar. Qocalmış genəlmələr çətin müalicə olunur. Profilaktika üçün aşağıdakı qaydalara əməl etmək lazımdır:

1. Hamiləlik zamanı üzgüçülük və gimnastika ilə məşğul olmaq.

2. Hamiləliyin 30-cu həftəsindən başlayaraq həkimin məsləhəti ilə bandaj gəzdirmək.

3. Dəriyə kosmetik qulluq, kremlər, efir yağları və s.

4. 1 gündə 2 litr su qəbul etməli.

5. Az qida qəbulu, duzsuz yeməklər.

6. Tərkibində konservantlar olan qidalardan imtina etmək.

Əziz xanımlar, ev şəraitində də bunun qarşısını ala bilərsiniz. Belə ki, 4 qat tənzif götürün. 2 damcı gül yağı, 2 damcı nerol yağı, 1 damcı limit, 1 damcı netit qreyndən hazırlanmış qarışığı sürtüb kökəlmiş nahiyəyə qoyun. 7-8 saat qalmalıdır. 1-2 aydan sonra genəlmələrin nə qədər az nəzərə çarpdığının şahidi olacaqsınız. Ümid edirik ki, bu sizə böyük sevinc, fərəh hissi gətirəcək.

Dəniz palçığı, dəniz bitkilərindən hazırlanmış maskalarla da müalicə aparılır. Təbii ki, bunun üçün kosmetik salonlara da müraciət etməli olacaqsınız. Əgər dəri genəlmələri qocalıbsa, mezoterapiya, yəni dərialtı mikrofeneksiya üsulu köməyinizə çatar. Vitaminlər və bitki tərkibli gellərdən istifadə edin.

Mikroşlifovka deyilən üsul da dəridəki dermoobraziyanı aradan götürür. Lakin bu, çox ciddi prosesdir, həkim məsləhəti nəzərə alınmalıdır. Bu üsul genəlmələrin gözə görünməyəcək dərəcədə qarşısını alır. Lakin 100% yox olacağına da təminat verilmir.

Dostlarınla Paylaş

Saytda 53 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023