Hamiləlik zamanı bel ağrılarını necə azaltmaq olar? - Həkim TÖVSİYƏLƏRİ

Hamiləlik zamanı bel ağrılarını necə azaltmaq olar? - Həkim TÖVSİYƏLƏRİ


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Hamiləlik zamanı bel ağrılarını necə azaltmaq olar? - Həkim TÖVSİYƏLƏRİ

Hamiləlik zamanı bel ağrılarını necə azaltmaq olar? - Həkim TÖVSİYƏLƏRİ
Bel ağrıları hamiləlikdə ən çox rast gəlinən şikayətlərdən sayılır. Əsasən hamiləliyin son aylarında meydana çıxan bel ağrısı şikayətləri hamiləlik dövründə bir sıra çətinliklər yaradır.
Bəs hamiləlik dövründə bel ağrılarının müşahidə olunması normal hesab edilirmi və səbəbi nələrdir?
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Təranə Bayramova AZƏRTAC-a deyib: "Hamiləliyin 5-7-ci aylarında qadınların əksəriyyətində rast gəlinən bel ağrıları hamiləlik başa çatandan 1-3 ay sonra aradan qalxır. Bel ağrıları hamilələrin üçdə birinin həyat keyfiyyətini poza və xronik hala keçə bilər. Həmin ağrılar hamiləlikdə ən çox rast gəlinən çanaq sümükləri ətrafında və ya bel hissəsində olan, əzələ və sümük-oynaq sistemində gərilmə və ya boşalmaya bağlı olur. Bəzən hər iki hala birlikdə də rast gəlmək mümkündür. Hamiləlik zamanı yaranan bel ağrıları biomexanik, hormonal, damar və digər mənşəli ola bilər. Aparılan tədqiqatlar zamanı məlum olub ki, bel ağrıları artıq çəki və qarının böyüməsi nəticəsində qamət şəklinin dəyişməsi ilə əlaqədar olmayıb, hamiləlikdən əvvəl onurğanın bel hissəsinin deformasiyası olan qadınlarda daha çox müşahidə edilir".
Həkim-ginekoloqun dediyinə görə, qısa müddət ərzində artıq kilonun almaq bel ağrılarının yaranmasına səbəb ola bilər: "Uşaqlığın böyüməsi qarın və bel əzələləri arasında qüvvə tarazlığının pozulmasına gətirib çıxara və böyümüş uşaqlığın ağırlığı birbaşa təzyiq göstərərək ağrı yarada bilər. Hamiləlik zamanı qanda relaksin, estrogen və progesteron səviyyələri yüksəlir. Yüksək relaksin səviyyəsi bağ-oynaq aparatında boşalmalara səbəb ola bilər. Estrogen hormonunun miqdarının artması relaksinin təsirini gücləndirərək bel ağrılarının əmələ gəlməsinə aparıb çıxarır. Böyümüş uşaqlıq aortaya təzyiq göstərərək toxumalarda işemiya və metabolik pozulma sahələri yaradır və bu da bel ağrılarına səbəb ola bilir. Bəzi hallarda iş və psixoloji amillər də bel ağrısı əmələ gətirir. D vitamini çatışmazlığı olan hamilələrdə çanaq sümüklərində müvəqqəti yaranan osteoporozla əlaqədar yumşalma və sınıqlar, əzələ dartılmaları ağrı yarada bilər".
Hamiləlik dövründə bel ağrılarını azaldılması üçün bir sıra üsullar var. Həmsöhbətimiz həmin üsullar barədə bunları deyib: "Hamiləlikdən əvvəl formada olmaq, qarın və kürək-bel əzələlərinin qüvvətli olması bel ağrıları riskini azaltsa da, çanaq əzələlərindəki ağrını azaltmayacaqdır. Relaksin hormonunun ifrazı fərdidir, qadınlara görə dəyişir. Həmin hormonun çox ifrazı isə ağrıları artırır. Hamiləlik dövründə həyat keyfiyyətini yüksəltmək üçün çox kilo almamağa çalışmaq, D vitamini və kalsium istifadə etmək, açıq havada çox gəzmək, əzələlərdə olan gərginliyi aradan qaldırmaq üçün qaməti düzgün saxlamağa diqqət etmək, oturuş vəziyyəti tez-tez dəyişdirmək, oturarkən bel yastıqlarından istifadə etmək lazımdır. Bundan başqa gecələr arxası üstə, bunu etmək çətin olarsa, yan üstə yatılmalı və qarnın altına yastıq qoyulmalı, həmçinin, çanaq və beli yora biləcək kəskin hərəkətlər edilməməlidir. Uzun müddət ayaqüstə qalmaq olmaz. Oturma və ayaqüstə qalma müddəti uzun olarsa, bir ayağın altına stul qoyaraq gərgin olan əzələləri boşaltmaq lazımdır. Nəfəs alma və nəfəs vermə hərəkətləri edilməlidir. Hündür dabanlı ayaqqabı geymək məqsədəuyğun deyil. Gün ərzində mümkün olduğu qədər istirahət edilməlidir".
Bundan başqa gün ərzində ağrıyan yerə 20 dəqiqədən artıq olmayaraq istilik və masaj tətbiq edilə bilər. Ağrı davam etdiyi təqdirdə həkimlə məsləhətləşərək ağrıkəsici istifadə olunmalıdır.

Dostlarınla Paylaş

Saytda 78 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024