Hamiləlik zamanı bu qidalar uşaq üçün çox vacibdir

Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Hamiləlik zamanı bu qidalar uşaq üçün çox vacibdir

Hamiləlik zamanı bu qidalar uşaq üçün çox vacibdir
Hamiləlik zamanı bu qidalar uşaq üçün çox vacibdir

Hamilə olarkən həm özünüz həm də körpəniz üçün sağlam pəhriz qəbul etməyiniz vacibdir. Hamiləlik zamanı sağlam qidalar haqqında və sağlam pəhrizə nail olmağın yollarını burada oxuyun.

1. Hamiləliyinizin erkən vaxtlarında çox yeyə bilmədiyiniz üçün narahat olmayın!
Əgər, hətta, yemək haqqında fikirləşmək də ürək bulanmasına səbəb olursa, siz tək deyilsiniz. Səhər ürəkbulanması birdən gələ bilər, bəzən heç gözləmədiyiniz anda. Bəziləri üçün, "səhər ürəkbulanması" gündüz və gecənin bütün vaxtları baş verir. Qadınların çoxu üçün, bu hal ilk trimesterin sonu keçir. Müəyyən müddət üçün səhər ürəkbulanması səbəbindən pəhriz qəbul etmədiyiniz üçün narahat olmayın. Bu ilk həftələrdə sizin körpənizə ziyan deyil.
Ürəkbulanması qanınızda yüksək hormon miqdarından qaynaqlanır. Bu isə hamiləliyinizin yaxşı inkişaf etdiyini bildirir. Buna görə də, əgər bu problemdən əziyyət çəkirsinizsə, bizim səhər ürəkbulanması haqqında məsləhətlərimizi oxuyun və əmin olun ki, siz tezliklə yaxşı yeməyə başlayacaqsınız və daha yaxşı hiss edəcəksiniz.

2. Çoxlu meyvə və tərəvəz qəbul edin.
Meyvə və tərəvəzlərin faydalı olduğunu hamının bilməsinə baxmayaraq, indi onları pəhrizinizə əlavə etmək üçün daha çox səbəb var. Onlar yalnız sizin üçün xeyirli deyil, həmçinin, körpə üçün də əhəmiyyətlidir - onlar sağlam böyüməni təmin etmək üçün qidalandırıcılarla boldur.

Rəngarəng müxtəlif tərəvəzlər yeməyə çalışın, çünki bu vitamin və fitoqidalandırıcıların ən yaxşı qarışığını sizin və körpənizin faydalanması üçün qəbul etdiyinizi təmin edəcək. Səhərdən sonra qəlyanaltı üçün yulafınıza bir az dilimlənmiş çiyələk əlavə etməyi, qatığınıza bir ovuc moruq tökməyi nəzərdə tutun və nahar yeməyi sandviçinizə yetişmiş, qırmızı pomidor və təzə göyərtilər əlavə edin.

3. Fol turşusu əlavələrini qəbul etməyə davam edin.
Hamilə qalmağa çalışdığınız zaman siz fol turşusu tabletləri qəbul edirdinizsə, hamilə olduqdan sonra onları dayandırmayın. Həkimlər körpəninn beyninin və onurğa sütununun sağlam böyüməsi üçün hamiləliyinizin azı 4-cü ayına qədər fol turşusunu qəbul etməyi məsləhət görürlər. Əgər bu hamiləlik gözlənilməzdirsə, fol turşusunu mümkün olduğu qədər tez qəbul etməyə başlayın və 4-cü aya kimi qəbul etməyə davam edin. Bu əhəmiyyətli vitamin haqqında məlumatı bizim hamiləlikdə fol turşusu məqaləmizdə oxuyun.

4. İkiqat qidalanmayın...İkiqat yaxşı qidalanın!
Bu deyimin məşhur olmasını nəzərə alaraq, həqiqətən, "iki nəfər əvəzinə qidalanmağa" ehtiyac yoxdur. Vacib məqam, hamiləlik zamanı sağlam pəhrizi saxlamaqdır. Bu, yeni, tam qidaların hazır qidalarla əvəzlənməsi və yüksək şəkərli, duzlu və zərərli yağlar olan qidaların atılması deməkdir. Daha ətraflı məlumat üçün bizim hamiləlik zamanı iki nəfər əvəzinə yeməmək​​ haqqında məqaləmizi oxuyun.

5. Çoxlu maye için
Su, süd, təzə meyvə şirəsi və məhdud miqdarda çay və kofe için. Bunların hamısı hamiləlik zamanı maye səviyyəsini saxlamağa kömək edir. Hamiləliyiniz inkişaf etdikcə, qanınızın həcmi artacaq. Bu artan miqdar sizin həmişəkindən daha çox maye içməyinizi tələb edir. Buna görə də, susuzluq hiss etməyi gözləmədən müntəzəm olaraq maye için. Hər səhər şüşəni təmiz su ilə doldurun və gün boyu yanınızda saxlayın.

Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Allah anlayışı, Allahın 99 adı, Din anlayışı, Quran haqqında, Secde haqqında, Iman anlayışı, Islam haqqında, Namaz haqqında, Oruc haqqında, Qiyamet haqqında, Resullar haqqında, Şehadet anlayışı, Hecc haqqında, Diriliş haqqında, Rukun haqqında, Ihsan haqqında, Meişet duaları, Feyyaz duası, Ferec duası, Ayetul duası, Olum haqqında, Qebir haqqında, Berzex anlayishi, Qebrden qalxmaq, Emel hesablama, Sirat korpusu, Behişt haqqında Sevgi Dunyasi, Islam Dini, Letifeler, Dahilerin Sozleri, Maraqli Hadiseler, Burcler Haqqinda, Vetenim, Toy Merasimi, Maraqli Hekayeler, Maraqli Melumatlar, Insanlari Tani

Saytda 180 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021