Hamiləlik zamanı dəriyə qulluq və çatlara qarşı effektiv üsullar

Hamiləlik zamanı dəriyə qulluq və çatlara qarşı effektiv üsullar


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Hamiləlik zamanı dəriyə qulluq və çatlara qarşı effektiv üsullar

Hamiləlik zamanı dəriyə qulluq və çatlara qarşı effektiv üsullar
Hamiləlik dövründə gözəllik, geyim, saç boyama, saç baxımı, dəriyə qulluq, hamiləlik çatlarının önlənməsi, hamiləlik sonrası baxıma necə əməl olunmalıdır?

Hamiləlik zamanı saç boyanmalıdırmı? Saç baxımında nələrə diqqət edilməlidir?
Edilən araşdırmalar nəticəsində hamiləykən saç boyamağın körpə üzərində hər hansı bir problemə gətirib çıxarmadığı göstərilib. Amma boyanın içərisindəki kimyəvi maddələr səbəbiylə dölün meydana gəlmə müddəti olan ilk 12-ci həftə təhlükəli hesab olunur. Bu həftədən sonra da bitki mənşəli məhsullar seçilməlidir. Saç nəmləndiricisi, saç baxım şampunu, saç jelesi, köpük və saç spreyi istifadəsinin qorxusu yoxdur.

Hamiləlikdə dəriyə qulluq necə olmalıdır?
Hamiləlik əsnasında üzdə və ümumi olaraq bədənin müxtəlif yerlərində (sinələr və xarici genital orqanlar) dəri rəngində bərkimələr və ləkələr görülə bilər. Eyni zamanda qarın bölgəsində şaquli bir xətt meydana gələr. Bu ləkələr doğumdan sonra keçər və ya yüngülləşər. Dəriyə tətbiq olunan bir çox kremlər bu ləkələri önləməz, amma şiddətini azalda bilər.

Bu vəziyyətdə dəri üzərinə yaxşı bir nəmləndirici krem, ya da yağı masaj edər kimi sürtməyiniz məsləhətdir.

Hamiləlikdə çatlaqlar mövzusunda nə edilə bilər?
Bəzi ana namizədləri heç vaxt baxım tətbiq etməsələr də bədənlərində çat meydana gəlməz. Bəzilərində isə mütəmadi olaraq baxım tətbiq edilsə də çatların meydana gəlməsi önlənə bilməz. Ancaq nizamlı baxım tətbiq etmək çat riskini böyük ölçüdə azaldır. Çatlaqlar üçün hazırlanmış yağ və kremlərdən faydalana bilərsiniz. Badam südü və ya badam yağı da çat üçün asan tətbiq olunan üsullardandır. Bədənin çatlamaması üçün bol miqdarda su içmək və həddindən artıq kökəlməmək lazımdır.

Hamiləlikdə paltar seçimi necə olmalıdır?
Bu dövrdə qarını və qıçları sıxan dar paltarlar yerinə rahat paltarlar seçilməlidir. Sintetik alt paltar istifadə edilməməli, pambıq olanlar tərcih edilməlidir. Möhkəm və sərt büstqalterdən uzaq durmalısınız. Yüksək dikdaban ayaqqabılar uşaq düşürmə riskinə səbəb olacağından bir müddət geyilməməlidir.

Dostlarınla Paylaş

Saytda 302 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024