Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik zamanı krampların qarşısını necə almalı?


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik zamanı krampların qarşısını necə almalı?
Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ola bilən bu əzələ daralmaları narahat edici bir problemdir.
Bununla bağlı qadın xəstəlikləri və doğum mütəxəssisi Dos. Dr. Meryem Kurek Eken məlumat verib.
"Kramp toxuma spazmıdır. Kramp meydana gəldikdə, toxuma büzülür və bu daralma ani və şiddətli ağrıya səbəb olur. Kramp skelet əzələsinin ani, qeyri-iradi, ağrılı büzülməsi və ya elektrik fəaliyyəti ilə əlaqədar həddən artıq qısaldılmasıdır. Ümumiyyətlə müvəqqəti və zərərsiz olsa da, təsirlənmiş şəxsdə əhəmiyyətli ağrı və iflic kimi hərəkətsizliyə səbəb ola bilər. Kramp adətən bir neçə saniyə və ya dəqiqə ərzində öz-özünə yox olur. Kramplar tez-tez adətən gecə və istirahətdə, baş verir (gecə ayaq krampları). Xüsusilə hamilə qadınlarda bu sancılar daha çox gecə yuxusu zamanı baş verir. Əzələ yorğunluğu, əzələ gərginliyi və ya həddindən artıq yüklənmə əzələ kramplarına səbəb ola bilər",-deyə həkim qeyd edib.
Mütəxəssis onu da qeyd edib ki, hamiləlik zamanı kramplar kalsium və maqnezium çatışmazlığı səbəbindən baş verir. Hamiləlik dövründə ana bətnində olan döl daim böyüyür. Bu böyümə ilə birlikdə enerji, vitamin və minerallara ehtiyac da artır. Bu səbəblə hamilə qadınlar dölün bu ehtiyaclarını qarşılamaq üçün bəzi mineralların əlavələrindən faydalanmalıdırlar. Maqnezium bu mühüm mərhələlərdən biridir.
"Maqnezium çatışmazlığı olarsa, kramplar meydana çıxmağa başlayır. Bunun xaricində qan dövranı sistemində böyüyən uşaqlığın damar sisteminə yaratdığı təzyiq və buna bağlı yaranan qan dövranı sistemi problemləri də kramplara səbəb ola bilər. Hamiləlik dövründə daha çox gecə baş verən bu sancılar yuxu rejiminə də zərər verə bilər. Kramp şikayətləri olan hamilə qadınlar həkimə müraciət etməli və lazımi dərmanlar qəbul etməlidirlər.
medicalmedia.az 

Dostlarınla Paylaş

Saytda 31 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024