Hamiləlikdə mütləq bu məhsulu yeyin! Uşaqlarınız ağıllı olacaq

Hamiləlikdə mütləq bu məhsulu yeyin! Uşaqlarınız ağıllı olacaq


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Hamiləlikdə mütləq bu məhsulu yeyin! Uşaqlarınız ağıllı olacaq

Hamiləlikdə mütləq bu məhsulu yeyin! Uşaqlarınız ağıllı olacaq
Hamiləlik zamanı qoz-fındıq yeyən qadınlar daha ağıllı uşaqları dünyaya gətirir.
Tatli.Biz xarici KİV-lərə istinadla xəbər verir ki, belə nəticəyə İspaniya alimləri gəliblər. Onlar aşkar ediblər ki, hamiləliyin ilk 3 ayında həftədə 3 dəfə 30 qr çərəz yeyən qadınların uşaqlarında diqqət və yaddaş göstəriciləri daha yüksək olur. Araşdırmada 2200 qadın və onların uşaqları iştirak edib.
Alimlərin fikrinə görə, bunun səbəbi çərəzlərin fol turşusu və yağlı turşularla zəngin olmasıdır. Bu maddələr beyinin diqqət və yaddaşa cavabdeh olan toxumalarında toplanır.    
Alimlər qeyd edir ki, ana bəntində uşağın beyini çox mürəkkəb inkişaf proseslərini keçir ki, bu proseslərin normal getməsi üçün ananın tamdəyərli qidalanması çox vacibdir.
Araşdırmada iştirak edən qadınlar badam, araxis, keşyu, qoz kimi çərəzləri istehlak edirdi. Bu çərəzlərin tərkibində olan faydalı komponentlər beyinin əsasən qabaq hissəsində toplanaraq diqqət və icraçı funksiyalarına təsir edir.  

Dostlarınla Paylaş

Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024