Hamiləlikdə seksual olmağın 6 YOLU

Hamiləlikdə seksual olmağın 6 YOLU


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Hamiləlikdə seksual olmağın 6 YOLU

Hamiləlikdə seksual olmağın 6 YOLU
Bəzi qadınlar hamilə ikən ürək bulantısı ilə mübarizə aparır. Bəziləri isə həyatının ən seksual anlarını elə bu dövrdə yaşayır. Bəli, hörmətli xanımlar, təəccüblənməyin. Hamiləlik boyunca seksual qalmaq mümkündür!

Hamilə ikən seksual hiss etmənin yollarını təqdim edirik.

Alt paltarı seçimi vacibdir. Hamiləsiz deyə nənənizin geyindiyi alt paltarından geyinməli deyilsiz. Kimsə üçün deyil, sadəcə özünüzü yaxşı hiss etmək üçün seksual göstərəcək alt paltarları seçin. Köhnə seksual alt paltarına özünüzü məcburi yerləşdirməyə çalışmayın, kökəldiyinizi qəbul edib yenilərini alın. Qırmızıdan qorxmayın, qırmızı sizi yaxşı hiss etdirəcək.
Həyat yoldaşınızla görüş təyin edin. Hamiləlik boyunca özünü yorğun hiss edirsiz, çölə addım atmağa belə halınız olmur. Ancaq romantik bir axşam yeməyi üçün hazırlaşmaq sizə yaxşı təsir edəcək.
Masaj. Bütün ağrı, gərilmə, çatlar və dartılmaların ən yaxşı dərmanı masajdır. İnanılmaz dərəcədə rahatlayacaqsız. Musiqini açın, şamları yandırın və bir-birinizi masaj edin.
Bədəninizi sevin. Hamiləlik bütün bədəndə dəyişiklik yaradır. Ancaq hamiləliyin düzgün yaşanması gözəlliyinizdən heç nə almaz. İri sinələriniz, sellülitlərinizi qəbul etmək vaxtıdır.
Özünüzü əzizləyin. "Salam, hamiləlik, əlvida, gözəlik salonu!", – deyirsizsə, səhv edirsiz. Hamilə olsanız belə, SPA-ya gedin, qısa müasir saç kəsimləri edin, maskalar çəkin, dırnaqlarınızı şəkilləndirin, istənməyən tüklərdən xilas olun. Rahatladıqca özünüzü gözəl hiss edəcəksiz.
Hər şeyi edəndən sonra hələ də özünüzü seksual hiss etmirsizsə, sevdiyinizə seksual sözlər deyin. Yataqda onunla danışın və nələr hiss etdiyinizi anladın.

Aile.lent.az

Dostlarınla Paylaş

Saytda 320 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024