Hamiləliyə hazırlıq necə planlaşdırılmalıdır?

Hamiləliyə hazırlıq necə planlaşdırılmalıdır?


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Hamiləliyə hazırlıq necə planlaşdırılmalıdır?

Hamiləliyə hazırlıq necə planlaşdırılmalıdır?
Hamiləliyə hazırlıq necə planlaşdırılmalıdır?

Hamilə qalmağa qərar verən namizədlər ilk olaraq qadın xəstəlikləri və doğum həkiminə müraciət etməlidir. Sağlam, rahat bir hamiləlik keçirmək üçün bəzi qaydalar əməl etmək lazımdır.
Hamiləlikdən əvvəl həkim bəzi müayinələr edəcək. Bu təhlillərin səbəbi hamiləlikdə, doğum zamanı, ya da doğumdan sonra yarana biləcək anormal vəziyyətlərin (məsələn, qansızlıq, mikrob düşmə və s. ) hamiləliyin gedişatına dəyişdirə biləcək vəziyyətlərin yoxlanılaraq müayinəsini təşkil etməkdir. Daimi olaraq istifadə etdiyiniz dərmanların hamiləliyə görə qəbul edilib edilməməsi bu yoxlanış zamanı bəlli olacaq. Hamiləlikdən əvvəl ananın həkimin nəzarəti altında müayinəsi, Hepatit B, C kimi testlərin edilməsi vacibdir. Çünki bu xəstəliklər üçün qəbul ediləcək həblər hamiləliyə əngəl yarada bilər.

Hamiləlikdən öncə normal qidalanma

Qidalanmağınıza diqqət etməli, yağlı və sağlamlığa zərərli olan ərzaqlardan imtina etməli, meyvə və göyərti yeməlisiniz. Evdə hər hansı bir heyvan saxlayırsınızsa onların bəslənməsi zamanı mikrob düşməməsi üçün bu heyvanlarla təmasda olmamalısınız. Hamiləliyə zərər verəcək dərmanları qəbul etməməli, həkiminizə bu haqda məlumat verməlisiniz. Radiasiya təhlükəsi olan yerlərdən uzaq durmalısınız. Stresdən kənar qalmalısınız.

Hamiləlik və və hamiləlikdən öncə gündəlik həyat tərzi necə olmalıdır?

Hamilə qalmağa qərar verməmişdən əvvəl siqaret çəkirsinizsə bunu tərgitməyiniz şərtdir. Alkoqoldan imtina etməli, narkotik, sakitləşdirici həblərdən istifadəni dayandırmalısınız.
Yüksək təzyiq, şəkər xəstəliyindən əziyyət çəkirsinizsə bununla bağlı həkiminizə məlumat verməlisiniz.

Hamiləliyin gerçəkləşməsi üçün nə etməlisiniz?

Hamiləliyin gerçəkləşməsi üçün ideal cinsi əlaqə həftədə iki dəfədir. Əgər kilo probleminiz varsa hamiləliyə hazırlıq dönəmində bu problemi həll etməyiniz sizin üçün faydalı olacaq. Ehtiyac varsa dietoloqa müraciət etməlisiniz. Çünki hamiləliyə mümkün olduqca normal kilo ilə başlamaq lazımdır. Artıq çəki hamiləlikdə bəzi problemlərə səbəb ola bilər. Yaşı 35-i keçmiş xanımlar hamilə qalma potensialını dəyərləndirməlidir. Qadının yaşının çox olması, ikidən çox uşaq düşürməsi kimi vəziyyətlərdə həkimə mürciət etmək üçün bir il gözləməyə ehtiyac yoxdur.

Dostlarınla Paylaş

Saytda 98 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024