Hamiləliyə psixoloji hazırlıq | Tatli.Biz
Hamiləliyə psixoloji hazırlıq
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Hamiləliyə psixoloji hazırlıq

Hamiləliyə psixoloji hazırlıq
Nəsli davam etdirmək –ana olmaq hər bir qadının həyatında ən əsas, ən mühüm hadisədir, demək olar ki qadının əsas missiyasıdır. Qadın üçün hamiləlik və doğuşun tamamilə təbii bir proses olmasına baxmayaraq qadının bu dövrdə tibbi yardımla yanaşı, psixoloji yardıma da ehtiyacı olur. Ana olmağa hazırlaşan gözəl xanımların beynində saysız hesabsız suallar, narahatliq yaradan fikirlər dolaşır. Doğuş necə keçəcək, doğuşdan əvvəl və sonra özünü necə aparmalı, hamiləlik zamanı nə etmək olar nə olmaz, doğulandan sonra uşaqla necə davranmaq və yüzlərlə başqa narahat edici suallara , bizim analar məktəbində təcrübəli mütəxəssislər cavab verirlər. Nəhayət kursu keçən gələcək ata və analar anlayırlar ki, həyacanlanmağa əsas yoxdur, sakitləşib sadəcə gözləmək lazımdır.
Bir çox qadınlar hamiləliyin ilk aylarından az qala panika vəziyyətinə düşürlər. Qorxu və tərəddüd keçirirlər—birdən uşaq sağlam doğulmaz, doğuş zamanı travma alar, nə isə düzgün getməz, öhdəsindən gəlmərəm, doğa bilmərəm. Xarici seriallarda qəhrəmanlar arasında hamilələr olursa tez-tez belə ifadə eşidirik—"həyacanlanma sənə həyacanlanmaq olmaz" həqiqətən də ananın psixoloji durumu bilavasitə inkişaf edən dölün sinir sisteminə təsir edir. Buna görə də qadını narahat edən bütün suallara düzgün cavab vermək, onu hamiləlik və doğuş barədə həm nəzəri məlumatlandırmaq həm də praktiki vərdişlər yaratmaq, xüsusi idman hərəkətləri ilə bədənlərini doğuşa hazırlamaq məhz analar məktəbində həyata keçirilir.
Bəzən yaşlı nəsil nümayəndələri analar məktəninə mənfi yanaşırlar, artıq və lazımsız bir şey hesab edirlər. Lakin bütün inkişaf etmiş ölkələrdə qadınlar belə kurslara gedir və bundan faydalanırlar. Kursları bitirib rahat və komfort şəraitdə ana olan pasiyentlərimizin təşəkkürləri və müsbət rəyləri də bizim doğru yolda olduğumuzu təstiq edir.
Vital klinikanın analar məktəbində biz sizi öz emosiyalarınızı kontrol etməyi, özünüzü ələ almağı bacarmağı, əhvalınızı requlə etməyi öyrədəcəyik. Unutmayın analar məktəbində hamiləliyə və doğuşa hazırlıq tək sizə deyil dünyaya gələcək körpənizə də psixi və fiziki sağlam böyüməsi üçün çox faydalıdır. Yoldaşınızla məsləhətləşin və mütləq bizə zəng edin.

Dostlarınla Paylaş

Saytda 185 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022