Tərbiyənin sirri övlada olan hörmətlə başlayır
Hamiləliyin ilk 12 həftəsində nələr olur
Hamiləliyin ilk 12 həftəsində nələr olur
Hamiləliyin birinci trimesteri
Birinci trimesteriniz adətən körpə gözlədiyiniz fikrinə öyrəşmək, bədəninizin hansı dəyişikliklərdən keçəcəyi və hamiləliyin növbəti aylarında nələrin baş verəcəyi haqqında oxumaqla keçəcək. Hələ tez olmasına baxmayaraq, indidən düzgün qidalanma vərdişlərini öyrənmək körpənizə sağlam inkişaf imkanı yaradacaq. Birinci trimesterdə siz həmişəkindən daha çox yorğunluq hiss edəcəksiniz və bu tamamilə normal haldır. Bu imkandan yararlanın və daha çox istirahət edin. Yorğunluq ikinci trimesterdə keçməlidir.
Körpəniz nəzərə çarpan dərəcədə böyüyür və artıq 12-ci həftədə sizdə bu görünməyə başlayacaq.
6 həftəlik hamilə
Əgər hamilə olduğunuzu yeni öyrənmisinizsə, təbriklər! Körpənizin inkişafı artıq başlamışdır. Körpənizin xırda ( sadəcə 8 mm uzunluqda) olmasına baxmayaraq, onun qanı dövr etdirən ürəyi var və onun gözləri formalaşır.
7 həftəlik hamilə
Körpəniz artıq qaragilə ölçüsündədir. Körpənizin ağ ciyərləri və tənəffüs sistemi olacaq yollar artıq inkişaf edir və əllərin və ayaqların görünən ucları formalaşır.
8 həftəlik hamilə
Moruq boyda olan körpənizin 8-ci həftəsində gözlərinin, burnunun və hətta, diş rüşeymlərinin yaranmağa başlamasını düşünmək heyranedicidir. Qığırdaq sümüklə əvəz olunur və körpənizin barmaq ucları artıq var!
9 həftəlik hamilə
Körpəniz indi zeytun ölçüsündədir. Körpənizin əzələləri formalaşdıqca öz hərəkətlərini idarə etmə qabiliyyəti artır.Onun torşəkilli barmaqları tək-tək barmaqlara ayrılmağa başlayır, göz qapaqları formalaşır və qulaqları böyüməyə başlayır.
10 həftəlik hamilə
Körpəniz gavalı ölçüsündədir və beynində sürətli inkişaf gedir. Beyin indi bədənin digər üzvlərindən daha sürətli böyüyür. Körpənizin əlləri dirsəkdən qatlana bilir və onun yuxulama və oyanma dövrü başlamışdır.
11 həftəlik hamilə
Körpəniz əncir ölçüsündədir və onun başı bədənin yarısını təşkil edir. Bu həftə körpənizdə indiyədək olan ən sürətli inkişaf olacaq Körpəniz sulu evində üzdükcə təpik ata və gərnəşə bilər və onun bəzi sümükləri bərkiməyə başlayır.
12 həftəlik hamilə
Körpəniz indi alça ölçüsündədir. Saç və hətta, əl barmaqlarında dırnaqlar formalaşmağa başlayır. Körpənizdə artıq reflekslər inkişaf etmişdir. Beləliklə, əgər qarnınızı sıxsanız körpəniz qıvrılacaq, lakin, siz bunu hələ hiss etməyəcəksiniz. Körpənizin səs telləri formalaşmışdır və onun böyrəkləri artıq sidik ifraz etməyə başlayır.