Hamiləliyiniz belə keçirsə OĞLUNUZ OLACAQ - Əlamətləri bunlardır

Hamiləliyiniz belə keçirsə OĞLUNUZ OLACAQ - Əlamətləri bunlardır


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Hamiləliyiniz belə keçirsə OĞLUNUZ OLACAQ - Əlamətləri bunlardır

Hamiləliyiniz belə keçirsə OĞLUNUZ OLACAQ - Əlamətləri bunlardır
Hamiləlik zamanı uşağın cinsiyyətinin oğlan olmasını necə anlamaq olar? Uzun illərdir yayılan fikirlərə görə, əsas əlamətləri bunlardır:
Qarın uclu və aşağıya doğru olur.
Ananın ürəyi daha çox şirniyyat istəyir.
Sidiyin rəngi sari olur.
Ananın saçı sürətlə uzanır
Hamiləlik zamanı əllərdə quruluq olur
Körpə daha az hərəkətli olur
Ananın ayaqları daima üşüyür
Ananın üzündə sızanaqlar atır
Səhərlər ürəkbulantı hiss etməmək
Döşlərin ucunun qaralması
Sol tərəfdə yatmaq
Ananın daha gərgin olması
Hamiləlik dövründə körpənin oğlan olduğunu başa düşməyin əsas yolları bunlardır.
Bəs bu fikirlər realdırmı? Uşağın cinsiyyətini ultrasəs müayinəsi olmadan öyrənmək mümkündürmü?
Uzun zaman deyilən fikirlərə görə oğlan uşağı hamiləliyin 15c-ci həftəsinə qədər tərpənmir, yəni ana bu müddət ərzində bətnində körpəni hiss etmir.
Bundan əlavə, hamiləliyin ilk həftələrinin rahat keçməsi, ananın ağrı probleminin olmaması və səhər bulanmasının olmaması oğlan uşağının digər əlamətləri arasındadır.
Bir oğlan uşağının hamiləliyi necə keçir?
Əgər körpənizin cinsiyyətini artıq bilirsinizsə, oğlan uşağının əlamətləri sizi maraqlandırmaya bilər.
Bir oğlan uşağının hamiləliyi qız uşağından daha asan keçir.
Gələcək anada ilk həftələrdə hamiləlik əlamətləri belə olmaya bilər.
Xüsusilə səhər bulantıları oğlan uşaqlarının hamiləliklərində baş vermir.
Oğlan körpəsinin əlamətlərindən biri qarnının aşağı olmasıdır.
Bu simptomların elmi əsası varmı?
Elmi baxımdan körpənin cinsiyyətini yalnız ultrasəs müayinəsi ilə müəyyən etmək olar. Bu fikirlər isə insanların müşahidələri əsasında meydana gələrək formalaşıb. Dəqiq məlumatı yalnız ultrasəs müayinəsi zamanı bilə bilərsiniz.
Cinsiyyəti öncədən hesablamaq mümkündürmü?
Minilliklər əvvəlinə dayanan Çin ənənəsinə görə, ananın yaşı və körpənin doğulduğu ay əsasında körpənin cinsi əvvəlcədən müəyyən edilə bilər. Çin təqvimi ilə cinsin hesablanması kimi tanınan bu üsul bu gün çox məşhurdur, amma elmi sübutu yoxdur.
Körpənin cinsiyyətini dəqiq nə vaxt öyrənmək olar?
Körpələrin reproduktiv orqanları hamiləliyin 12-ci həftəsində fiziki olaraq inkişaf edir.
Dəqiq cinsi öyrənmək üçün hamiləliyin 20-ci həftəsini gözləmək lazımdır.
Ancaq oğlan körpələrin cinsini 16-cı həftədən müəyyən etmək olar; çünki xayalar əmələ gəlir və şanslısınızsa həkiminiz körpənizin cinsini 1 ay tez görə bilər.
Oğlan körpə çox təpikləyir?
Nənə və babamızdan öyrəndiklərimizə görə, oğlan körpələri daha çox passiv olurlar. Əksinə, körpə qızlar ananı daha çox təpikləyirlər.
Ana oğlan uşağı üçün nə istəyir?
Məşhur inanca görə, ana oğlan uşağı üçün şirin və duzlu qidalara can atır. Qızlarda isə daha çox turş qidalar istəyirlər.

Dostlarınla Paylaş

Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024