Hansı geyimlər kişiləri həyəcanlandırır | Tatli.Biz
Hansı geyimlər kişiləri həyəcanlandırır
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Hansı geyimlər kişiləri həyəcanlandırır

Hansı geyimlər kişiləri həyəcanlandırır
Hər bir qadın heç olmasa həyatında bir dəfə özünə bu sualı verir: Kişiləri ən çox nə həyəcanlandırır? Bəzi qadınlar bu sualın cavabını asanlıqla tapırlar. Məsələn, onlar kişiləri həyəcanlandıran geyimlər geyinir, onları həyəcanlandıran sözlərdən istifadə edirlər. Əslində çox şeylər mövcuddur ki, onlarla kişiləri "dəli" etmək olar.
Kişi jurnalları, oradakı intim həyat haqqındakı məqalələr heç də həmişə qadına kişilərin nədən xoşu gəldiyi haqda informasiyalar vermir. Gəlin, intim münasibətlər zamanı və ümumilikdə qadınlarda kişini həyəcanlandıran faktorları aydınlaşdıraq.

Qadın geyimində kişini həyəcanlandıran nədir?

Sirr deyil ki, kişilər gözləri ilə sevirlər. Əksər qadınlar da elə bu faktordan istifadə edirlər. Əlbəttdə, hərdən qadınlarda kişini ələ almaq arzusu o qədər güclənir ki, onların bəziləri özlərini geyimləri ilə heç də düzgün həyat tərzi keçirməyən qadınlara bənzədirlər. Geyimlərə gəlincə isə, seksoloqlar belə qərara gəliblər ki, aşağıdakı geyimlər kişilərin ağlını başından daha çox alır:

1. Bel düməsi açıq cins şalvar geyinmiş qadınlar
2. Yuxarı düyməsi açıq köynək geyinmiş qadınlar
3. Kişi köynəyi və T-shirtü ilə arxasını ancaq örtən şalvar geyinmiş qadınlar
4. Dəbli eynəkli qadınlar.

Seksual alt geyimi

Zərif alt geyimi, təbii ki, kişiləri həyəcanlandırmaq üçün vacib elementdir. Bir çox kişilər intim münasibətlər zamanı qadınların əynində alt geyim və ya cins şalvar qalmasına üstünlük verirlər. Çünki bu geyimlər onları çox həyəcanlandırır.

Kişiləri hansı rəngdə olan alt geyimləri həyəcanlandırır

Bu sualın cavabına gəlincə ekspertlər bu haqda kişilərin müxtəlif fikirdə olduğunu söyləyirlər.
Çoxsaylı təcrübələrə əsasən qırmızı rəng daha seksual rəng hesab edilir. Ancaq qırmızı rəng heç də bütün kişilərin xoşuna gəlmir. Onları həyəcanlandırmayan rəglər siyahısına aşağıdakılar aid edilir:

- Çəhrayı

- Boz

- Bənövşəyi

- Göy

Təcrübələr göstərir ki, bu rəngər kişilərdə intim istəklər yaratmır. Ağ və qara rənglərə gəldikdə isə demək olar ki, bu rənglər neytraldır. Ən azından onlar bu rənglərə qarşı heç bir əks rəy bildirməyiblər.

Dostlarınla Paylaş

Saytda 70 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022