Haram münasibətlərdən qaçmaq üçün 10 məsləhət

Haram münasibətlərdən qaçmaq üçün 10 məsləhət


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Haram münasibətlərdən qaçmaq üçün 10 məsləhət

Haram münasibətlərdən qaçmaq üçün 10 məsləhət
Haram (qadağan olunmuş) münasibətlər son günlər geniş yayılmış problemlərdən biri olaraq qalır.

Gənc yaşlarda sevgi və xarici görnüş,dərindən düşünməyimizə mane olur, düzgün qurulmayan münasibətlər nigahla nəticələnmir. İnsanlar özləri də bilmədən belə münasibətlərin içərisinə düşürlər. Bir müddət sonra insanlar bu münasibətlərin düzgün olmadığını və yaxşı bir yerə gətirib çıxarmadığını anlasalar da belə münasibətlərə son vermək çətinləşir.

Düzgün münasibətlər qurmaq və haram münasibətlərdən uzaqlaşmaq üçün 10 məsləhətə əməl etməyiniz lazım gələcək.

1. Sizi düzgün yola aparmayan insanlarla əlaqəni kəsin. Düşünməyin ki, hər şey bir anda düzələcək, sizə müəyyən çətinliklərin öhdəsindən gəlmək üçün bir qədər vaxt lazımdır.

2. Həmin insanın mesajlarını, məktublarını, nömrəsini və onu xatırladan nə varsa, hamısını silin. Onunla bütün virtual əlaqələri də kəsin.

3. Ona belə etməli olduğunuzu söyləyin, çünki belə münasibət sizin özünüz üçün zərərlidir. Ondan bir daha sizi narahat etməməsini xahiş edin.

4. Qəlbinizi Allah sevgisi ilə doldurun. Ondan bağışlanmağınızı diləyin. Allahla yaxınlaşın və Onun köməyi ilə təskinlik tapın.

5. Eyni zamanda vaxtınızı sevimli məşğuliyyətinizə və yaxın adamlarınıza sərf edin.

6. Özünüz üçün faydalı işlərlə məşğul olun. Məsələn, xeyriyyəçiliklə məşğul ola bilərsiniz. Ehtiyacı olan insanlara kömək edin. Yaradandan sizi məhv edə biləcək nə varsa, onlardan uzaq tutmasını diləyin.

7. Öz bilik və bacarıqlarınızı artırmağa çalışın. Bəzi işlər var ki, ailə qurduqdan sonra onlarla məşğul olmağa vaxt qalmır. Həmin işlərlə indidən məşğul olun.

8. Ətrafınızda sizi düzgün yola dəvət edəcək, haramdan qoruyacaq yaxşı insanların olmasına çalışın.

9. Nigahda sizin üçün nəyin vacib olduğunu təyin etməyə çalışın. Ağıllı adamların bu sahədə olan məsləhətlərinə qulaq asın.

10. Yadda saxlayın ki, sizin üçün çətin olsa da, zamanla hər şey düzəlir. Bilin ki, haram münasiblərdən qaçaraq siz uğurlu nigah əldə edə biləcəksiniz.

Sayda Hayat

Dostlarınla Paylaş

Saytda 34 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024