Heç nədən razı olmayan qadınlar haqqında | Tatli.Biz
Heç nədən razı olmayan qadınlar haqqında
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Heç nədən razı olmayan qadınlar haqqında

Heç nədən razı olmayan qadınlar haqqında
Heç nədən razı olmayan qadınlar haqqında

Amerikalı alimlər heç nədən razı qalmayan qadınların ürəyincə olacaq bir araşdırma aparıblar.

Qadınların şəxsi və iş həyatında xoşbəxt olmaq üçün "etməməsi gərəkən 15 vərdiş"i oxucularımıza təqdim edir.

1. Yeməkləri düşmən kimi görmək

Artıq çəkiylə mübarizə aparmaq bütün qadınların alnına yazılıb. Ancaq anlamaq lazımdır ki, yemək həddindən artıq olduğu zaman düşmənə çevrilə bilər. Dadlı yemək düşmən deyil.

2. Davamlı olaraq üzr istəmək

Üzr istəmək qadınlar üçün asan deyil. Və bu onların əhvalını pozacaq ən pis xüsusiyyətlərdəndir. Xanımlar, bundan imtina etmək sizi xoşbəxt edəcək.

3. Hər kəsə "Bəli" demək

"Xeyr" deməyi öyrənmək lazımdır. Heç kimin xətrinə dəyməmək üçün deyilən "bəli" qadınları narahat edir. Səmimi olaq, xanımlar. Lazım gəldiyində "xeyr" deməyi öyrənək.

4. Hər gün dikdaban ayaqqabı geyinmək

Buna məcbur deyilsiniz. Hətta imtina etsəniz də, heç nə itirmiş olmayacaqsınız. Sünilikdən nə qədər uzaq olsanız o qədər yaxşıdır.

5. Bədənini pisləmək

İdeal bədən quruluşuna sahib olan qadınlar da bunu edir. Ancaq gözəl və zövqlə seçilmiş geyim hər qadın bədəninin gözəl olduğuna sübutdur. Bədəninizi sevin.

6. Başqa qadınların seks həyatını mühakimə etmək

Kimin necə yaşamasını müzakirə etmək heç də yaxşı deyil. O sizi də, mühakimə etdiyiniz qadınları da narahat edəcək. Bir-birinizi incitməyin.

7. Hər şeyin cavabını, xəstəliklərin çarəsini internetdə axtarmaq

Düzdür, internetdə istədiyiniz çox şeyi tapa bilərsiniz. Ancaq bu o demək deyil ki, orada hər şey var. Ehtiyatlı olun, o sizi aldada bilər.

8. Super görünməyə çalışmaq

Hər gün kosmetika, dikdaban ayaqqabı geyinmək məcburiyyətində deyilsiniz. Sadə görünmək daha gözəldir. Belə daha cazibədar görünürsünüz.

9. Tək qalmaqdan qorxmaq

Qadınların illərdir üstün gələ bilmədiyi yeganə hiss. Çalışın, onları tək buraxmayın. Ancaq xanımlar, tək qalmaq elə də qorxulu deyil. Qaranlıqdan da, təklikdən də zövq almaq olar. Bunu da öyrənək.

10. Zəhlətökən dostluqlara davam etmək

Qadınlar bunu məcburiyyətdən edir. Sevmədikləri insanları özlərindən uzaqlaşdırmağı istəsələr də, çox vaxt bunu edə bilmirlər. Ancaq sizin zəhlənizi tökənləri özünüzdən uzaqlaşdırın.

11. Öz gerçək həyatını başqalarının virtual həyatları ilə müqayisə etmək

Qadınlar hər şeyi, hər kəsi müqayisə edirlər. Özlərini də ətrafdakılarla müqayisə etmək adətindən vaz keçə bilmirlər. Bu sizi narahat edirsə, tərgitməyə çalışın. Hər kəsin özünə xas fərqliliyi var. Ancaq düşünün ki, siz daha fərqlisiniz.

12. Keçmişdəki peşmanlıqları unuda bilməmək

Ya da unutmaq istəməmək. Qadınlar adətən peşman olduqları çox şeyi unutmaq istəsələr də, bacarmırlar. Bu isə onların xoşbəxtliyinə əngəl yaradacaq ən böyük səbəblərdəndir.

13. Yalnız bir şəxsə məxsus olmaq üçün başqaları ilə münasibət qurmamaq

Qadınlar onları xoşbəxt etməyən insanla da ömür çürütməyə razı olurlar. Səbəb isə başqaları ilə adlarının hallanmamasıdır. Bu istək onları xoşbəxt etmir. Sizi xoşbəxt etməyəcək insanlarla olan münasibətinizi kəsməkdən qorxmayın. Həyat qısadır, bunu kiməsə qurban verməyə dəyməz.

14. Tətil günlərini yaxşı qiymətləndirmək

Ev işləri həmişə görmək olar. İstirahətinizi buna sərf etməyin. Gözəl bir gün keçirməyin gərgin iş həftəsindən sonra necə xoş təsir bağışladığını görəcəksiniz.

15. Həyatdakı əhəmiyyətli şeylər üçün tarix təyin etmək

Bu günün işini sabaha saxlamayın. Kimlərinsə planına uyub əhəmiyyətli gününüzü təxirə salmayın. Bir gününüzü də kiməsə və ya nəyəsə qurban verməyə dəyməz. Hər gününüzün qədrini bilin, xanımlar. Bu sizi xoşbəxt edəcək.

Dostlarınla Paylaş

Saytda 73 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022