Hər iki gəncin evlilikdən əvvəl diqqət yetirməsi vacib olan məqamlar

Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Hər iki gəncin evlilikdən əvvəl diqqət yetirməsi vacib olan məqamlar

Hər iki gəncin evlilikdən əvvəl diqqət yetirməsi vacib olan məqamlar
Hər iki gəncin evlilikdən əvvəl diqqət yetirməsi vacib olan məqamlar

Hər evlilik yeni bir başlanğıcdır. Ancaq bu başlanğıcın uğurlu olması üçün, gələcək həyat yoldaşınızla bəzi mövzuları öncədən danışmalısınız.

Onunla eynilə eyni olmağınınz mümkün deyil. İllərdir müəyyən vərdişlərlə yaşamış bir insandan birdən birə dəyişməsini, sizin istədiyiniz kimi hərəkət etməsini gözləməyiniz doğru deyil. Bu həqiqəti evlənmədən əvvəl qəbul edin. Buna görə qarşınızdakı insanı yaxşıca araşdırın və ancaq onun sizə uyğun olmayan xüsusiyyətlərini qəbul edib, bunlarla yaşaya biləcəyinizi düşünürsünüzsə "bəli" deyin. Digər tərəfdən, onunla digər mövzuları da müzakirə edin:

Ev işləri. Bütün kişilər ev işlərində analarına nə qədər köməkçi olduqlarını, hər zaman öz işlərini boynuna götürdüklərini söyləyirlər. Ancaq həqiqətdə isə vəziyyətin heç də elə olmadığını görürük. Bu mövzunu əvvəldən danışmalı, sizin ütü, yemək və s. kimi ev işləri üçün deyil, bir yuva qurmaq üçün onunla evləndiyinizi mütləq bildirməlisiniz. Şübhəsiz işləməyib ev qadını olmağı üstün tutduğunuz təqdirdə ev işlərinin böyük məsuliyyəti sizdə olacaq. Lakin, bu, gələcək həyat yoldaşınızın sizə qətiliklə kömək etməyəcəyi mənasını vermir.

Pul. Evləndikdən sonra artıq ortaq bir büdcəniz olacaq. Ancaq pul xərcləmə vərdişləriniz bir-birinizinkinə uyğun gəlməyə bilər. Buna görə diqqət yetirməniz lazım olan nöqtələr vardır. Əgər işləməyəcəksinizsə, həyat yoldaşınız sizə gündəlik ev xərclərinin xaricində də pul verməlidir. Bundan başqa işləməmək pulun idarəsinin yoldaşınızda olmasını tələb etmir. Sonraki planlarınız üçün, məsələn ev almaq, kredit ödəmək və s. kimi planlar olduqda sizin də pulunuzun nə vəziyyətdə olduğundan xəbərdar olmağınız lazımdır. Əgər siz də işləyəcəksinizsə, hər ikiniz də qazandığınız pulu ortaq bir hesaba keçirə bilərsiniz. Ancaq özünüz üçün pul yığmaq kimi bir niyyətiniz varsa, hər ikiniz üçün xüsusi bir hesab açdırıb hər ay bura müəyyən bir miqdarda pul köçürə bilər və qalanını ortaq hesaba köçürə bilərsiniz. Ortaq hesabdan xərcləyəcəyiniz pul barədə bir-birinizə xəbər verməyinizdə fayda vardır.

Uşaqlar. Bu da evlilikdə əhəmiyyətli problemlərdən biridir. Hələ uşaq doğmağa hazır olmadığınızı düşünə bilər və bunu daha sonraya saxlaya bilərsiniz. Digər tərəfdən yoldaşınız sizinlə həmfikir olmaya bilər. Bu vəziyyəti də əvvəldən həll etməyiniz lazımdır. Uşaq üçün əlverişli zamanı birlikdə qərarlaşdırmalı, bu mövzuda sizə təzyiq etməməsini əvvəldən bildirməlisiniz.

İşləmək. Bu ölkəmizdəki qadınların ən böyük problemidir. Bir çox qadın, həyat yoldaşı icazə vermədiyi üçün istədiyi halda işləyə bilmir. Buna görə bu məsələni də evlənmədən əvvəl dəqiqləşdirməlisiniz. Əgər işləyirsinizsə, evləndikdən və uşaqlarınız doğulduqdan sonra da iş həyatınızı davam etdirəcəyinizi yoldaşınıza dəqiq bir şəkildə izah etməlisiniz. İş həyatınız yoxsa belə, ona istədiyiniz zaman işləyəcəyinizi qəti bildirməlisiniz.

Ailə. Ailələr və çevrədəkilər münasibətlərin davamlı olmasında ən böyük faktordur. Əgər tərəflərdən biri ailəsinə-valideynlərinə çox bağlıdırsa, digəri bu vəziyyətdən narahat ola bilər. Məsələn yoldaşınızın anası davamlı gəlib, sizin ortaq həyatınıza müdaxilə edərsə, ikili vəziyyət yaranacaq. Buna görə evlənmədən əvvəl bu mövzuya toxunmalı, ikinizin də qəbul etdiyiniz bir yol tapmalısınız. Bunu əvvəldən danışmağınız irəlidəki əyrilikləri də aradan qaldiracaq.

Bu şərtlər sizə əhəmiyyətsiz kimi gələ bilər, lakin unutmayın ki, irəlidəki həyatda nələrlə qarşılaşacağınızı bilmirsiniz.

Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Islam Aləmi, Qurani Kerim, Online Xəritə, Rəsədxana, Oxu zalı, Hazır Smslər, Ilimiz 2021, Gundəlik, Futbol Nəticələri, Idman Xəbərləri, Gundəlik Burclər, Valyuta Məzənnəsi, Qarışıq Bolmələr, Online Tərcumə, Adların Mənası

Saytda 105 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021