Həyat yoldaşına məktub yazdı, amma göndərə bilmədi

Həyat yoldaşına məktub yazdı, amma göndərə bilmədi


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Həyat yoldaşına məktub yazdı, amma göndərə bilmədi

Həyat yoldaşına məktub yazdı, amma göndərə bilmədi
Riçard Freynman 13 yaşında qonaqlıqların birində Arlini görür və aşiq olur. Onların toyu ərəfəsində Arlin ağır xəstəliyə tutulur. Həkimlər onun iki ildən çox yaşamayacağını bildirirlər.Arlinin ailəsi və Riçard qızın xəstəliyini ondan gizlədirlər. Həkimlər qıza limfatik vəzilərinin vərəmi diaqnozunu qoyurlar. Riçardın ailəsi onun yolxucu xəstəliyi olan qızla evlənməsinə etiraz edir. Lakin o, sözündən dönmür.

1945-ci ilin iyununda görkəmli amerika fiziki Riçard Feynmanın həyat yoldaşı Arlin Feynman vərəm xəstəliyindən dünyasını dəyişir. O, zaman Arlin 25 yaşında idi.

Arlinin ölümündən 16 ay sonra Feynman həyat yoldaşına məktub yazır və onu konvertə qoyub bağlayır.

Arlindən sonra məşhur alim 43 il yaşayır.

Riçard Freynmanın ölümündən sonra sənədlərinin arasından Arlinə yazdığı və Arlinin heç vaxt oxumadığı saralmış məktub tapılr.

________________________________________

Riçard Feymandan sevimli həyat yoldaşına yazdığı, yoldaşının isə heç vaxt oxumadığı təsirli məktubu

Əzizim Arlin,

Mən səni çox sevirəm, əzizim.

Bilirəm ki, sən bunu heç vaxt eşitməyəcəksən, amma bunu təkcə səni sevindirmək üçün yazmıram. Bunu ona görə yazıram ki, mənim qəlbim də rahatlaşır. Fikirləşirdim ki, bunu sənə yazmağın heç bir mənası yoxdur.

Mənim əziz həyat yoldaşım, indi bilirəm ki, bunu əvvəllər etdiyim kimi etməliyəm. Sənə, səni sevdiyimi deməliyəm. Mən səni sevirəm və sevəcəyəm.

Sən öldükdən sonra beynimə səni sevdiyimi anlatmaq çox çətindir. Mən hələ də səni qorumaq və qayğına qalmaq istəyirəm. İstəyirəm ki, sən də məni sevəsən, mənim qayğıma qalasan. Əvvəllər birlikdə gəzdiyimiz anları xatırlayıram. İndi bunu edə bilərəmmi? Yox. Mən sənsiz tamamilə təkəm. Sən mənim ideyalarımın və ölçüyə sığmaz macəralarımın ilham mənbəyi idin.

Xəstə olanda qayğıma yaxşı qala bilmədiyin üçün narahat olurdun. Narahat olmağa dəyməzdi, buna ehtiyac yox idi.
Həmişə sənə deyərdim ki, mən səni sadəcə var olduğun üçün sevirəm. İndi isə bunu daha yaxşı dərk edirəm.

Sən artıq mənim üçün heç nə edə bilməzsən, mən isə səni elə çox sevirəm ki, artıq heç kimi sevə bilmərəm. İstəyrəm ki, belə də olsun. Çünki sən bu dünyada olmasan da, hər kəsdən yaxşısan.

Bilirəm ki, mənə dəli deyəcəksən, sən mənim xoşbəxtliyimi istəyirsən, yolumda durmaq istəmirsən. Amma ayrıldığımız bu iki ildə mənim qadınım yalnız sən olmusan. Buna nə sən, nə də mən təsir edə bilərəm. Özüm də başa düşə bilmirəm. Ətrafımda bu qədər qızlar var ikən, mən tək qalmaq istəyirəm. Çünki qəlbimdə ancaq sən varsan.
Mənim əziz sevgilim., səni sevirəm.

Mən arvadımı sevirəm. Mənim arvadım vəfat edib.

Riç

PS: Bağışla ki, məktubu sənə göndərə bilmirəm, çünki hara göndərəcəyimi bilmirəm.

Jeyms Qleykin "Dahi: Riçard Feynmanın elmi və həyatı" kitabından

Həyat yoldaşına məktub yazdı, amma göndərə bilmədi
Həyat yoldaşına məktub yazdı, amma göndərə bilmədi

Dostlarınla Paylaş

Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024