Həyat yoldaşının sözünə qadından layiqli cavab

Həyat yoldaşının sözünə qadından layiqli cavab


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Həyat yoldaşının sözünə qadından layiqli cavab

Həyat yoldaşının sözünə qadından layiqli cavab
Hər güclü kişinin arxasında güclü bir qadın dayanır. Bu ifadə ilə yəqin ki, çox adam razılaşar. Qadın səmimi inamı ilə kişilərə böyük şəxsiyyət olmağa dəstək verir.

Kütləvi informasiya vasitələrinin populyar olduğu indiki dövrümüzdə belə bir xəbər yayılmağa başlayıb. Yəqin ki, bu və digər formada siz də bu xəbəri eşitmisiniz.
Xəbərin əsas qəhrəmanın kim olduğu bilinməsə də, bəzi mənbələrdə onun Amerika prezidentləri – Kennedi, Buş və hətta Obama olduğu da deyilir. Hər halda söhbət qadın müdrikliyindən gedir.

Deyilənə görə, bir dəfə Amerika prezidenti xanımı ilə yanacaq doldurma məntəqəsinin yanından keçir. Benzin dolduran şəxsi görən prezident xanımına müraciətlə "Əzizim, bu adamı görürsən? O bütün ömrü boyu benzin doldurmaqla məşğul olub, sənin ərin isə prezidentdir. Görürsən bəxtin necə gətirib"- deyir. Xanımı isə sakitcə: "Əzizim, əgər bu adam mənim ərim olsaydı, o prezident olardı".

Qadın olmaq, böyük məsuliyyətdir. Çünki kişinin, eləcə də bütün bəşəriyyətin taleyi bu zərif məxluqdan asılıdır.

Dostlarınla Paylaş

Saytda 167 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023