![]() |
Tatli.Biz Əyləncə Portalı | ![]() ![]() ![]() |
Həyat yoldaşınızın anası rolunu oynamaqdan çəkinin
Qadınlar doğularkən analıq hissi, şəfqət, mərhəmət və qayğıkeşlik də onlarla birgə doğulur. Onlar hər kəsin qayğısına qalır, fədakarlıq göstərirlər. Hətta evləndikdən sonra da ərlərinin qayğısına qalırlarlar. Bu əlbəttdə ki, yaxşıdır. Ancaq müəyyən həddi gözləmək lazımdır. Qadın əri ilə dost olmaq əvəzinə, onun anası olmağa üstünlük verir. Kişilər artıq davranışları ilə, səsinin tonu ilə, hətta ona hökm etmək istəyi ilə qarşılaşanda, artıq gözləri önündə bir zamanlar sevdiyi qadını deyil, analarını görürlər. Bir zaman xəyal etdikləri sevgi, romantik duyğular, xəyallar bir anda yox olub gedir. Evində ehtiyacı olduğu sevgini tapmayanda isə kişi başqa qadınlara baxmağa başlayır.
Qadın unutmamalıdır ki, ərinin öz anası var. Əgər ərinizin sizə olan sevgisinin bitməsini istəmirsinizsə evliyiyinizi qorumalısınız. Əlbətdə ki, evlilik həyatında düzgün olmayan halları dilə gətirməlisiniz. Ancaq bunu edərkən ana kimi yox, elə həyat yoldaşı kimi etməlisiniz.
Həyat yoldaşınızla söhbət edərkən qaş-qabaqlı olmayın, gülər üzlü olmağa çalışın. O sizin sevginizi hiss etməlidir. Sözlərinizi diqqətlə seçməniz gərəkdir, çünki seçdiyiniz sözlər münasibətlərin korlanmasına gətirib çıxara bilər. Həyat yoldaşınıza müraciət edərkən onu sevgi ilə, məsələn, əzizim, sevdiyim, həyatım və s. sözlərlə çağrın. Bu onlara və sizə pozitiv əhval-ruhiyyə verəcək, ailədə münasibətlərin istiləşməsinə xidmət edəcək.