Həyat yoldaşınızın məşuqəsi var? Ləyaqətini qorumaq və qalib gəlməyin 7 yolu

Həyat yoldaşınızın məşuqəsi var? Ləyaqətini qorumaq və qalib gəlməyin 7 yolu


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Həyat yoldaşınızın məşuqəsi var? Ləyaqətini qorumaq və qalib gəlməyin 7 yolu

Həyat yoldaşınızın məşuqəsi var? Ləyaqətini qorumaq və qalib gəlməyin 7 yolu
Əksər xoşbəxt ailələrin əsasını inam və etibar təşkil edir. Qadın üçün sevimli ərinin ona xəyanət etməsini öyrənməkdən dəhşətli nə ola bilər? Hərdən münasibətlərdəki soyuqluq kənarda münasibətlərin yaranmasına səbəb olur.

Minlərlə qadın sevdikləri həyat yoldaşlarının xəyanəti ilə üzləşiblər, bu bəzilərini sındırıb, bəzilərini isə yeni xoşbəxtlik yollarına itələyib. Beləliklə, əgər həyat yoldaşınızı məşuqəsi ilə görmüsünüzsə, nə etməlisiniz?

Atacağınız bir neçə addım sizin bu vəziyyətdən çıxmağınıza və başını dik tutmağınıza imkan verəcək.

1. Soyuqqanlılıq.
Əgər həyat yoldaşınızı başqa qadının qolları arasında görmüsünüzsə, ilk ağlınıza gələn fikir onların hər ikisinin gözlərini çıxartmaq olacaq. Nə qədər çətin olsa da, özünüzü ələ alın və qəti tədbirlər görməyin. Bu sizə yalançıları tərki-silah etməyə kömək edəcək.

2. Susmaq.
Əgər həyat yoldaşınızı məşuqəsi ilə görmüsünüzsə, hay-küy salmayın, üzünüzü çevirib sakitcə gedin. Qışqırıq və söyüşlər boşanmanı yaxınlaşdırır. Belə olarsa əriniz hətta sakitcə üz-üzə oturub nəyisə izah etmək haqqında da fikirləşməyəcək. Sizin hazırkı halda susmağınız məşuqənin saçlarını yolmaqdan və yaxud ərinizin üzünü cırmaqlamaqdan daha yaxşıdır.

3. Bəs sonra?
İndi nə istədiyiniz haqda dəqiq qərara gəlməlisiniz: münasibətlərinizin tamamilə bitməsini, yoxsa bir neçə müddətdən sonra ərinizi bağışlayıb ailə həyatını davam etdirməyi istəyirsiniz?

4. Sirr.
Çalışın baş verənlər haqqında heç kimə deməyin. Ən yaxın adamınızın xəyanəti sizi o qədər incidir ki, bu barədə ananıza və yaxud ən yaxın rəfiqənizə danışmaq istəyirsiniz. Əlbəttə ki, onlar sizin halınıza yanacaq, sizi dəstəkləyəcək, hər şeydən əvvəl isə xəyanətkara nifrət edəcəklər.Əgər siz sonradan ailənizi qorumaq və ərinizi bağışlamaq qərarına gəlsəniz də, bu barədə öyrənən yaxınlarınızın ona münasibəti həmişəlik dəyişəcək. Siz ananızın və ya rəfiqənizin ərinizin ünvanına etdikləri məzəmmətdən qaça bilməyəcəksiniz.

5. Analiz.
Bütün hadisələrdən nəticə çıxartmaq lazımdır. Tale bizi elə-belə sınamır. Münasibətlərinizə bir daha nəzər salın, nəyin qaydasında olmadığını araşdırın. Bəlkə, ərinizin başqa qadının qolları arasında xoşbəxtlik axtarmasının səbəbi elə sizsiniz? Ən yaxşısı ərinizlə açıq danışın, onun baş verən hadisə barədə izahını dinləyin.

6. Yeni dünya açın.
İndi əsas məsələ bu problemin üzərində dayanmaq və günahkar axtarmaq deyil. Ürəyinizdəki boşluğu dostlarınızla görüşlər, filmə baxmaq, təbiət qoynunda dincəlmək və idmanın istənilən növü ilə məşğul olmaq doldura bilər.

7. Səyahət.
Baş verən hadisəni unutmaq üçün yaşayış vəziyyəti dəyişməlisiniz. Başqa şəhərə getməyi arzulayırdınız? Çoxdandır valideynlərinizi görmürdünüz? Çox əla! İndi öz vaxtınızı və düşüncələrinizi yeni təəssüratlara həsr etməlisiniz. Belə olarsa, siz heç özünüzü sakitləşdirməklə məşğul olmayacaqsınız.

Taleyin belə ağır zərbəsini daşımaq o qədər də asan deyil. Hadisələrə bir qədər kənardan baxmağa cəhd edin: siz ərinizi digər tərəfdən də tanıdınız. Sevdiyiniz adamın xəyanət edəcəyini əvvəlcədən bilməyiniz daha yaxşıdır. Əgər belə xəyanətkarı həmişəlik həyatınızdan silmək fikrindəsinizsə, hələ gənc ikən onu tanımağınız yaxşıdır. Belə halda sizi sevən və qiymətləndirən adamı daha tez tapa bilərsiniz. Bu sevinmək üçün də bir bəhanədir – qarşınıza yeni sevgi, xəyanətsiz ailə qurmaq üçün şans da çıxa bilər.

Dostlarınla Paylaş

Saytda 103 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024