Hirslənən uşağı sakitləşdirməyin yolları

Hirslənən uşağı sakitləşdirməyin yolları


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Hirslənən uşağı sakitləşdirməyin yolları

Hirslənən uşağı sakitləşdirməyin yolları
Ata və ya ananın üzərinə düşən vacib məqam...

hirslenen-usagi-sakitlesdirmeyin-yollari
Bəzən uşaqlar anidən hirslənir və ya o vəziyyətə düşür. İnadkarlıq edən uşaqlarda əsəbilik anadan gəlmə olduğu kimi, ətraf mühitdən də qaynaqlana bilir.

TurpKimi.com bildirir ki, klinik psixoloq Müjdə Yahşi uşaqlarda rast gəlinən bu hallarla bağlı maraqlı məlumatlar paylaşıb.

Həddindən artıq hirslənmək bir çox uşaqda rast gəlinə bilər və bu, keçici haldır. Burada vacib məqam uşağın nədən, niyə və necə hirslənməsidir. Bu vəziyyətdə ana və ataların özlərini necə aparmaları əhəmiyyətli faktordur. Övladınız hirslənərkən özünü yerdən yerə vurursa, sizi özündən uzaqlaşdırmağa çalışırsa, onun sakitləşməyə ehtiyacı olduğunu görməlisiniz.

Övladım hirslənərkən onu necə sakitləşdirməliyəm deyə düşünürsünüzsə, o zaman bunu bilmənizdə fayda var: ana və ya ata olaraq əvvəlcə sakitliyinizi qoruyun. Əgər uşaqla birlikdə siz də əsəblərinizə hakim ola bilməsəniz övladınızın ağlama krizləri və qışqırıqları daha da artacaq, hətta davranış pozulmalarına gətirib çıxaracaq.

Uşaq hirslənərkən özünü yerdən yerə atsa belə onunla birlikdə əsəbləşməməlisiniz. Çünki qəzəbiniz valideyn olaraq həm sizin öz hisslərinizə nəzarəti çətinləşdirir, həm də uşağın duyğu və davranışlarına nəzarət etmənizə mane olur. Çünki uşaq da davranışları sizdən götürür.

Unutmayın ki, uşaqların ön beyinləri yetişkinlərin ön beyni kimi kifayət qədər formalaşmayıb. Ona görə də uşaqlar əsəblərinə nəzarət etməkdə çətinlik çəkirlər. Ön beyin isə düşünmə, diqqət etmək və qərar vermək məsələlərindən məsul bölgədir. Yəni uşaqlar düşüncə sistemi ilə deyil, duyğu sistemi ilə hərəkət edərlər.

Valideynin borcu övladına əsəblərini idarə edə bilməyi öyrətmək olmalıdır, əksinə uşağı ilə birlikdə hirslənməməlidir. Bir sözlə, əsəbləşən uşağı sakitləşdirməyin ən sadə yolu ilk olaraq valideynin özünü sakitləşdirməsidir.

Dostlarınla Paylaş

Saytda 64 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023