Bu 5 qaydaya əməl edin, evliliyinizi qoruyun

Bu 5 qaydaya əməl edin, evliliyinizi qoruyun


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Bu 5 qaydaya əməl edin, evliliyinizi qoruyun

Bu 5 qaydaya əməl edin, evliliyinizi qoruyun
Əgər evliliyinizi möhkəmləndirmək istəyirsinizsə, nümunəvi qadınların nə etməli olduqlarını öyrənin.

Beləliklə, yaxşı qadın:

1. Deyinmir

Sizin əriniz tamamilə formalaşmış şəxsiyyətdir və öz öhdəliklərini yaxşı bilir. Bütün günü onu danlamaq, gileylənmək və narazılığını bildirmək lazım deyil. Belə etməklə qadın yaxşı heç nə əldə etmir. Əksər hallarda kişi qadının onun ünvanına dediklərini heç dinləmir və qəddarlaşır. Belə etirazları eşidən kişi qadının onu sevmədiyini düşünür və münasibətlər mütləq soyuyur.

2. Şikayətlənmir

Həyatınız heç də himişə mükəmməl olmaya bilər, amma bütün günü şikayətlənmək vəziyyəti düzəltməyəcək. Əlbətdə ki, sizi narahat edən vacib məsələləri ərinizlə bölüşün. Daima şikayətlənmək ətrafdakılara, xüsusilə də ərinizə mənfi təsir göstərərcək. O, həm də sizi narahat etdiyi üçün özünü günahkar saymağa başlayır.

3. Qiybət etmir

Sirr deyil ki, qadınlar tək qalan kimi dünyada nə varsa hamısı haqqında qeybət etməyi sevirlər. Hərdən bu mövzular bir qədər irəli gedərək şəxsi məsələlərə də gəlib çıxır. Mübahisələrinizin evdən kənara çıxmasına yol verməyin. Çalışın ki, ərinizlə aranızda olanlar ancaq ikinizin arasında qalsın. Ümumiyyətlə, ərinizin çatışmamazlıqlarından başqalarına danışıb onu alçaltmayın. Əgər nədənsə narazısınızsa bu barədə onunla təklikdə danışın.

4. Hörmətsizlik göstərmir

Kişilərin ən çox hörmətə ehtiyacı var. Bu onlar üçün sevildikləri və qiymətləndirildikləri mənasındadır. Hörmət etmək – onun fikirlərini qiymətləndirmək, məsləhətlərinə qulaq asmaq, danışarkən sözünü kəsməmək, qərarlarına xor baxmamaqdır. Hörmət – kiçi üçün onun yaxşı keyfiyyətlərinin qiymətləndirilməsi deməkdir. Hörmət kişi üçün sevgiyə bərabərdir.

5. Onun yerinə başqalarını birinci etmir

Kişi - ailənin başçısıdır və qadın həmişə onun bu vəzifəsini dəstəkləməli, ona hörmət etməlidir. Qadınların ailədə birincilik məsələsinə düzgün yanaşmaması bir çox problemlərin yaranmasına səbəb olur. Kişilərə onu birinci yerdə görmək istəyən qadınlar lazımdır. Qadının birinci yerə dostlarını, evini və yaxud karyerasını qoyması düzgün addım deyil.

Sayda Hayat

Dostlarınla Paylaş

Saytda 68 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024