İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?
İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın
İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığını müəyyən etmək üçün tətbiq edilir. Bu test hamilə qadınların qanında müəyyən protein səviyyələri, körpənin boyun qalınlığı, burnun quruluşu və digər ultrasəs xüsusiyyətləri kimi faktorlara əsaslanaraq risk səviyyəsini bal əsasında hesablayır.
Türkiyəli mütəxəssis Dr. Gencer bu barədə məlumat verib.
"İkili skrininq testi hamilə qadınların erkən müayinə testlərindən biridir. İkiqat skrininq testindən başqa üçlü skrininq testləri və dördlü skrininq testləri də var. İkili skrininq testi 11-14-cü həftələr arasında həyata keçirilə bilən və riskli bir vəziyyət yaranarsa ən tez zamanda bizə məlumat verən bir testdir. Testin mənfi nəticəsi körpənin Daun sindromlu olması demək deyil, riskin yüksək olması deməkdir. Risk yüksək olsa da, sağlam körpə doğula bilər. Daun sindromu 21-ci xromosomun artıqlığı nəticəsində yaranır. Bundan əlavə, 13 və 18-ci xromosomların həddindən artıq olması da qiymətləndirilir. Bu testi edərkən xəstənin aclıq və ya toxluq vəziyyəti önəmli deyil, istənilən vaxt edilə bilər. Test xəstələrə zərər vermir. Ultrasəsdə körpənin başı və göbək məsafəsinin ölçülməsi, ense şəffaflığının ölçülməsi ilə birlikdə anadan alınan qan nəticəsinin analizindən ortaya çıxan risk dəyərləndirilir",-deyə həkim bildirib.
Mütəxəssis onu da qeyd edib ki, sağlam hamiləlik və doğulacaq körpənin sağlamlığı üçün ikiqat skrininq testinə laqeyd yanaşmamaq lazımdır.
"Çox vaxt qadınlar körpənin cinsiyyətinin də bu testlə bilinəcəyini düşünürlər, amma bu yanlış fikirdir. Cinsiyyəti ikiqat testdə müəyyən etmək mümkün deyil. Bu test bəzi xromosomların artıqlığı üçün risk faktorunu aşkarlayır. Çünki körpədə Daun sindromu varsa, hamilə qadın bu hamiləliyi istəməyə bilər. Əgər istəsə, qarşılaşa biləcəyi şeylərə hazırlaşmaq və ya psixoloji hazırlaşma şansı ola bilər",-deyə həkim izah edib.
medicalmedia.az 

Dostlarınla Paylaş

Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024