Tərbiyənin sirri övlada olan hörmətlə başlayır
İlk baxışdan aşiq oldunmu?
İlk baxışdan məhəbbətin olması faktı haqqında insanlar arasında çox böyük fikir müxtəlifliyi var. Ancaq hər halda onlar ilk baxışdan məhəbbətin olduğuna inanırlar və ümid edirlər ki, nə vaxtsa həyat yolunda onunla qarşılaşacaqlar. Ancaq bəzi insanlar da var ki, onların fikrincə belə bir sevgi forması ümumiyyətlə yoxdur. Bu tip insanlara görə əsl sevgi insanı yaxından tanıdıqdan sonra baş verir.
Kiçik statistika: Əgər insanlar ikl baxısdan məhəbbətin mümkün olduğunu təsdiqləyirlərsə, deməli onlar həyatlarında bu hissi yaşayıblar. Bunu aparılmış tədqiqatlar da təsdiq edir. Təcrübələrdən aydın olur ki, ilk anda aşiq olan insanlar inanırlar ki, əgər həmin insanla qarşılaşdınsa sevgi spontan olaraq yaranır.
Təcrübədə iştirak edən insanların yarıdan çoxu ilk baxışdan məhəbbətin olduğuna inandıqlarını qeyd ediblər. Aydın olub ki, belə bir sevginin olmadığını iddia edən insanlar isə heç vaxt ilk baxışdan aşiq olmayanlardır.
Qeyd edək ki, hətta ilk baxışdan aşiq olan insanlar tez bir zamanda toy etmək fikrinə də düşürlər. Onların münasibətləri o qədər ciddi xarakter alır ki, onlar tezliklə bir-birinə yaxın olurlar.
Aydın olub ki, anidən aşiq olanların 25% nəticədə evlənib və bu evlilik boşanma ilə nəticələnib. Müsbət cəhət odur ki, bu göstərici digər evliliklərə nisbətən o qədər də çox deyil. Bu isə belə deməyə əsas verir ki, ilk baxışdan bir-birini sevən insanların nigahı, bir-birini uzun müddət tanıyaraq sevənlərin nigahından daha uğurlu olur.
Ancaq ilk baxışdan sevgi ilə yanaşı ehtiras və fiziki yaxınlıq istəyi də baş verir. Bunları qarışdırmaq olmaz. Məsələn, cütlük bir yerdə gecə keçirdikdən sonra , sevgi, ehtiras, romantika sanki heç olmamış kimi yoxa çıxır. Əgər siz həyatınızda belə hadisə ilə qarşılaşmamısınızsa və insana qarşı soyumamısınızsa, deməli bu adam sizin həyatınızın yoldaşıdır.