İnsanın yazı xəttinə görə xasiyyətinin müəyyən edilməsi | Tatli.Biz
İnsanın yazı xəttinə görə xasiyyətinin müəyyən edilməsi
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

İnsanın yazı xəttinə görə xasiyyətinin müəyyən edilməsi

İnsanın yazı xəttinə görə xasiyyətinin müəyyən edilməsi
İnsanın yazı xəttinə görə xasiyyətinin müəyyən edilməsi

Yazı xәttinin ölçüsü insanın ünsiyyәtcillik sәviyyәsini müәyyәn edir. Belәki, iri xәtt sahiblәri daha ünsiyyәtcil vә istiqanlı olurlar. Xırda xәtt isә insanın özünә qapalılığı vә gizliliyi haqqında xәbәr verir.

İnsanın xәtti ilә xarakteri arasındakı әlaqәni qrafalogiya adlı elm öyrәnir. Bu elm insanın xәttinә görә onun ağlını, iradәsini, emosionallığını vә s kimi keyfiyyәtlәri qiymәtlәndirmәyә imkan verir.

Mәqalәmizdә insanın xәttinә görә onun şәxsi keyfiyyәtlәrini aşkar etmәyә kömәk edәcәyik:

Optimist insanlarda sәtirlәr başlanğıcdan sona doğru yüksәlir. Pessimistlәrdә isә әksinә olaraq aşağı enir.

Düz sәtirlәr realistlәri xarakterizә edir, hansı ki bu insanlar hәmişә sakit olur vә hәr şeyә tәfәkkürlә yanaşır

Yumru yazı xәttinә malik insanlar mehriban vә nәzakәtli olurlar.

Yazı yazarkәn qәlәmә tәzyiq göstәrәrәk az qala dәftәri yaran adamlar iradәli vә güclü olurlar. Әksinә olaraq yazıda qәlәmә güc vermәyib, әlini rahat buraxan insanlar bir qәdәr arxayın vә sәbirli insanlardır.

Kalliqrafik xәtt insanı sәliqәli vә mәsuliyyәtli insan kimi xarakterizә edir.

Çәpәki vә hәriflәri yana uzadılmış şәkildә az sәtirә yıxılan xәtt aktiv, hәr şeylә maraqlanan vә şәn ab­havaya malik insanlara mәxsusdur.

Anlaşılmaz xәtt sahibinin enerjili, qayğısız vә bir qәdәr әsәbiliyindәn xәbәr verir.

Bitişik xәtt (bütüm hәriflәr bir­birinә qaydasında bağlanıb) insanın mәntiqli düşüncәyә sahib olduğunu izah edir. Yox, әgәr hәriflәr bir­birindәn aralıdırsa, bu insanın güclü intuisiyaya sahib olduğu anlamına gәlir.

Dostlarınla Paylaş

Saytda 110 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022