Tərbiyənin sirri övlada olan hörmətlə başlayır
İntim münasibətlərin qadınlara təsiri
İntim münasibət mövzusu insanları həmişə narahat edib və həmişə də edəcək. Kişilərdən fərqli olaraq qadınlar intim münasibətin faydalı olub-olmaması ilə maraqlanırlar. Cavab aydındır, ancaq əksəriyyət yenə də dəqiq rəyi öyrənmək ehtiyacı duyurlar. İntim münasibətlər tək xoş duyğular almaq üçün deyil, həm də qadın sağlamlığı üçün də vacibdir. İkinci müsbət cəhət odur ki, belə münasibət zamanı böyük miqdarda kalori itirilir , bu da dietasız arıqlamağa səbəb olur. Üçüncü müsbət cəhət ondan ibarətdir ki, həyacan qadınlarda estrogen hormonun yaranmasına səbəb olur və bu da dərinin, saç və dırnaqların vəziyyətinin yaxşılaşmasına səbəb olur. İntim münasibətlər zamanı bədəndə yığılmış enerji sərf olunur, bu da fiziki və psixoloji gərginliyin azalmasına gətirib çıxarır. Əgər bu baş vermirsə, qadınlar ya əsəbi olur, ya da yığılmış enerjini başqa sahələrə, məsələn işə sərf edirlər. Başqa sözlə desək, mütləq balanslaşma olmalıdır. Əgər enirji itkisi intim münasibət zamanı baş vermirsə, enerji digər proseslərin aktivləşməsinə sərf olunmalıdır. İntim münasibətlərin axşam və ya səhər məqsədə uyğun olması barədə sualların yalnız bir cavabı var: bütün insanların özünəməxsus bioritmi var və bu sırf fərdi məsələdir.