İslamdan əvvəl qadınların vəziyyəti

İslamdan əvvəl qadınların vəziyyəti


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

İslamdan əvvəl qadınların vəziyyəti

İslamdan əvvəl qadınların vəziyyəti
Qadınların ictimai vəziyyəti çox ağır idi. İstər Ərəbistanda, istər Avropada, istər Asiyadakı qadınların vəziyyəti heç də yaxşı deyildi. Qadın bütün hüquqlardan məhrum idi. Kişi istədiyi zaman onu boşayıb, istədiyi vaxt ala bilərdi. Qadına əşya kimi baxılırdı. Ailədə xidmətçi mövqeyində idi. Qadın kişinin malı idi, onun üstündə istədiyi ixtiyarı var idi. Qadının həyatı ərinin əlində idi. Onunla kölə kimi rəftar olunurdu. Qadın əvvəlcə atasının, evləndikdən sonra ərinin, əri öləndən sonra oğlunun əsiri idi. Ən mədəni olan Afinalılar arasında belə, qadın bazarda satılan, hərraca qoyulan, zövqə tabe alət idi.

Xristianlıq şəfqət və mərhəmət duyğularına çox böyük əhəmiyyət verirdi. Bütpərəstliyi yıxmaq üçün gəlmişdi. Ancaq işləri tərs gedirdi. Xalq ölülərin ruhuna səcdə edirdi.
İctimai həyatın pozulduğu, əxlaqın pozulduğu, fəzilət nizamlarının, cəmiyyət qayda-qanunlarının yox olduğu bir vaxtda Həzrəti Məhəmməd yeni bir din və nizam gətirdi. Həzrəti Peyğəmbərin İslam dinini təbliği üçün Allah tərəfindən göndərilməsindən əvvəl dünyanın vəziyyəti bu idi. İslamiyyət dərdli bəşəriyyətin xilaskarı olmuş və bəşəriyyətin möhtac olduğu hər şeyi gətirmişdir. Bu dində qadınların yeri möhtərəmdir. Qadına mərhəmət, hörmət əsasdır. Qadının da kişi kimi etiqad,əməl və əxlaqi hökmləri yerinə yetirməsi kimi borcları vardır. Yaxşılığa əməl etmək, pisliyi isə rədd etmək onun da borcudur. Kişilərə elm öyrənmək fərz olduğu kimi qadınlara da fərzdir. Qadın malı, nəfsi və varlığı üstündə istədiyi kimi istifadə haqqına malikdir. Heç kimin icazəsinə və müdaxiləsinə ehtiyacı yoxdur. Evlənmə, ticarət, kirayə verib-alma, bağışlama, əmanət etmə, şahid olma, şirkət qurma, vəkalət, bəraət edib təmizə çıxarma kimi bu qəbildən olan cəhətlərdə qadın islam hüququna görə kişi ilə eynidir.

Qadınların kişilərdən daha az miras alması (bunun səbəbi ailənin dolanışığının kişinin öhdəsində olmasıdır), iki qadının bir kişini şahid olaraq əvəz etməsi (şahidlik edən qadınların dözümləri zəif olduğu üçün), qadınların can, qan borcunun kişilərin yarısı qədər olması, onların sayının kişilərdən çox olması ilə bağlıdır. Bununla bərabər bəzi hallarda bir qadının şahidliyi ilə də hökm verilir. Burdan aydın olur ki, bir neçə məsələdə qadın ilə kişi arasında mövcud olan fərq, insan hüquqları cəhətindən deyil, qadınların xüsusiyyətlərinə görədir. Hətta, islam şəriətində qadınlar siyasi hüquqlara da malikdirlər. Həzrəti Peyğəmbər əfəndimiz onların da beyətlərini qəbul edirdi, qadınlar da rəy bildirirdilər.

Qisa desək, İslamiyyətdən əvvəl dünyanın heç bir yerində mənəvi dinclik və sakitlik yox idi. Şəhərlər dağıdılır, ölkələr xarabaya çevrilir, xətəlik və safalət artaraq dünyanı məhv edirdi. Cahan çox qaranlıq və qarışıq bir halda idi. Bütün ümidlər yəhudi və xristian dinlərinin gəlişini müjdələdiyi axırıncı peyğəmbərə qalmışdı. O gəldi və düyanı xilas etdi. İnsanlara isə müqəddəs "Qurani- Şərif"i miras qoydu.

Dostlarınla Paylaş

Saytda 136 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024