Itmiş sevginin xatirəsinə

Itmiş sevginin xatirəsinə


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Itmiş sevginin xatirəsinə

Itmiş sevginin xatirəsinə
Insana bunu demək necə də çətindir:

"Mən daha səni sevmirəm!
Xatırlamıram, inanmıram, tanımıram!
Yaddaşımda saxlamıram!"
Sanki birdən gözlənilməz yaranı,
Bilərkən onun qəbinə vurursan.

Bahar… Günəş… Əylənən kiçik yaşlı uşaqlar… Mən isə… Mən yenə də tənhayam…

Axşam idi. Onlar yenə də birlikdə idilər. Bu gün o, sanki özündə deyildi, onun sevgilisi bunu hiss edirdi. Oğlan hər şey edirdi ki, onun bu vəziyyətini bir az da olsa başa düşə bilsin. O, isə suallardan qaçırdı. Nəhayət o da susub, sadəcə qızın əllərinidən tutdu... Onlar bir xeyli susaraq oturdular... Bir azdan o, qızın titrəl səsini eşitdi...

- Əzizim, məni bağışla!

- Niyə, nəyə görə sənibağışlamalıyam?- O, heç nə anlamırdı...

O xurmayı gözlərini qaldırıb, oğlanın gözlərinə baxdı. Qızın gözlərində xoşbəxtlik, həyat yox idi, onlar mənasız idi. O, qurumuş dodaqları ilə oğlanı öpdu, soyuq boynuna dolandı və üşüməyə başladı. O, zaman oğlan ağlına da gətirmirdi ki, bu onların sonuncu öpüşüdür...

O, çətinliklə qızın sakit, səssiz pıçıltısını eşidirdi.

- Bizim necə tanış olduğumuzu xatırlayırsan? Onda yanvar ayı idi. Mən küçədə dayanmışdım, hara gedəcəyimi bilmirdim. Mənim üçün heç fərqi yox idi, çünki mənim demək olar ki, heç kimim yox idi. Sən heç mən tərəfə baxmadan yanımdan keçdin. Həmin an mən hiss elədim ki, bu Sənsən, hiss etdim ki, Sən mənə lazımsan. Sənsə yanımdan düz keçdin. Sənin diqqətini özümə necə çəkəcəyimi bilmirdim. Dayanıb baxırdım, baxırdım ki, mənim xoşbəxtliyim yanımdan ötüb gedir. Sən gedirdin və ola bilsin ki, mən səni bir də görməyəcəkdim... Sən getmişdim. Mənsə yerimdə dayanmışdım. Həmin an, başa düşdüm ki, hər şey bitdi... xoşbəxtliyim getdi və mən onu heç vaxt tuta, çata, qucaqlaya bilməyəcəm...

Birdən hansısa qüvvə məni yerimdən tərpənməyə, iri addımlara, yox-yox iri addımlarla yox, qaçaraq sən getdiyin istiqamətə yönəlməyə məcbur elədi.

Sənə çatıb mənasız sözlər soruşsam da, sənin diqqətini cəlb elədim. Məni evə ötürmək istədin, mənsə "Ehtiyac yoxdur" desəmdə, qəlbimin dərinliklərində Sənə sığınmaq, Səni sona qədər buraxmamaq istəyi vardı. Telefon nömrələrimizi götürdük. Evə gəlsəmdə, sabah Sənə zəng edib, səsini eşidəcəyim və Səni yenidən görə biləcəyim fikri yuxuya getməyimə imkan vermədi.

Gecə çox uzun çəkdi. Özümə yer tapa bilmirdim...

Nəhayət ki, növbəti gün gəldi, dərsdən gələn kimi, çantamı divanın üstünə atıb sənin nömrəni yığmağa başladım. Budur – Sənin səsin o qədər gözəl və cəzbedici idi ki...Səsimi əvvəlcə tanımadın, başa düşəndə ki, bu mənəm, səsin yumşaldı. Mən bunu hiss elədim, qəlbimdə nə isə izah olunmayan bir hiss oyandı. Bəlkə də, bu rəğbət hissi idi. Yox, bu sevgi deyildi, böyük ehtimalla bu rəğbət hissi idi...

Həmin gün Sənə görüş təyin elədim. Həyatımda heç vaxt oğlanlara görüş təyin etməmişdim. Bu ilk dəfə idi...
Çoxdan gözlənilən axşam gəlib çatdı... Yanımda Sən olduğum qatardan düşdüm. Bir birimizə sığındıq, əl-ələ tutaraq, uzun müddət hara gedəcəyimizi fikirləşdik. Onda Sən parka getməyi təklif etdin. Mənim üçün fərqi yox idi, təki Sən yanımda ol. Parkda gəzişdik, mənasız şeylərdən danışdıq, hava qaralanda isə xahiş etdim ki, məni evə ötürəsən. Həvəslə razılaşdın.

Budur mənim qatarım gəldi, Səni buraxmaq istəmirdim, bir neçə saat da sənin yanında qalmaq istəyirdim, amma bilirdim ki, getməliyəm, məni evdə gözləyirlər. Əllərimi Sənin əllərindən çəkdim, amma bütün gecə arzuladığımı etdim, səni öpdüm.

Mənim hərəkətimdən bir qədər utandın, amma Sən də həvəslə bu avantüraya təslim olub məni öpməyə başladın. Öpüşməyimiz bir neçə dəqiqə çəksə də mənə o, bir an kimi gəldi. Bir addım səndən uzaqlaşıb "hələlik" dedim və evə getdim. Gecə yenə yata bilməyəcəyimi əvvəlcədən bilirdim...

Bir neçə gün belə davam etdi. Mən az yatırdım. Günüzlər ancaq Səni fikirləşirdim. Axçamlar biz parkda gəzəndə Sənin yanında olduğum üçün özümü xoşbəxt sayırdım... Amma rəğbət hissi keçib getdi... Əlbəttə, keçib getdi, çünki bu sevgi deyildi! Sevgi belə tez keçmir.O, qəlbdə yara buraxır, "ikinci yarısı"nın yarasını. Hərdən o, bizim ürəyimizdə tərpənə bilir, bizi yenidən cənnətin qapısından və cəhənnəmin ətrafından keçməyə məcbur edir.

Rəğbət hissi keçir və qəldə bir çarəsizlik hissi yaranır, başa düşürsən ki, bu mənim axtardığım Sən deyilsən. Lakin ilk baxışda mənə elə gəlmişdi ki, sən mənim ilk və son məhəbbətimsən...

Bir soyuq qış gecəsində, hardasa fevralın sonlarında... –hə, bu fevralın sonlarında idi, hələ 8 mart gəlməmişdi. Yadımdadı mən sənə kiçik hədiyyə - bir-birinə dəli divanə kimi birləşmiş iki yumşaq ürəkcik bağışladım. Sənin necə sevindiyini xatırlayıram. Çünki bu hədiyyə mənim ürəyimdən gəlmişdi və o, bizim "dostluğumuzun" simvolu idi...- evdə boş və soyuq otağımda tək oturmuşdum.

Bu gün bizim, tərgitdiyimiz adəti, görüşü qeyd edirəm. Çünki, elə həmin gün başa düşdüm ki, bu daha davam edə bilməz. Başa düşdüm ki, rəğbəti sevgi kimi qəbul etməklə, necə ağılsızlıq eləmişəm. Hər şeyə rəğmən, qərara aldım ki, bizim münasibətlərimiz bitməlidir... Həmin an başa düşürdüm ki, Sənə necə əzab verirəm, ancaq başqa cür edə bilmirəm. Bütün gecəni soyuq otağımda oturub, qəti qərara gəldim ki, daha bunu səndən gizlətməyin yeri yoxdur, bizim yaxın vaxtlardakı görüşlərin birində bunu sənə deməliyəm...
Amma, həmin görüşün tez bir vaxtda olması qismət deyilmiş. Sən bir neçə günlüyünə şəhərdən getdin.

Aman Allahım... Bu iki gündə mənimlə nə baş verdi. Özümə yer tapa bilmirdim. Bir neçə dəfə münasibətlərimiz haqqında yenidən düşündüm, bəlkə sənə deməyim, hər şey əvvəlki kimi olsun deyə düşündüm. Sonra yenə başa düşdüm ki, bizim görüşməyimizin mənası yoxdur.

Sən qayıdan gün mənə zəng elədin və şən səslə dedin ki, qayıtmışam və biz yenə də birlikdə olacağıq. Onda sən bilmirdin ki, bu olmayacaq...

Budur, axşam zəngi... Adətim üzrə saata baxıram, başa düşürəm ki, bu Sənsən... həmişə olduğu kimi məni qatarda gözləyəcəksən ... Bu gün günəş doğub, yazın ilk günüdür. Belə günlərdə insanlar görüşürlər, ayrılmırlar...

Sən məni gözləyirsən, fikirləşirsən ki, əllərimdən tutacaqsan, bu iki günlük ayrılıq bir an içində unudulacaq.

Elə də oldu... Bunu sənin üzünə baxmaqla görmək olur, o, bizim ilk öpüşdüyümüz an kimi parlayır...

Bu günSəndən parka gəlməyini xahiş elədim, bizim ilk görüşdüyümüz parka...

Fikirləşirəm ki, sənə nə deyəcəyimi artıq başa düşürsən... Yenə də bağışla.. Sənə əziyyət vermək istəməzdim...

- … Sən də olanlara görə məni bağışla...

- Sənin məndən üzr istəməyə səbəbin yoxdur... Gəl daha bir-birimizə ayrılan digər insanlar kimi, boş və mənasız sözlər deməyək...

O, qalxdı, ehtiyyatla əlini oğlanın əlindən çəkdi, üzünü çevirdi və getdi-...O, isə həyatındakı ilk qızın necə getdiyinə baxdı. O qızın ki, onun yanında özünü rahat, azad, həqiqətən olduğu kimi, açıq qəlbi hiss etmişdi...

Insana bunu demək necə də çətindir: Mən daha səni sevmirəm!

Dostlarınla Paylaş

Saytda 195 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024