Minsk salatı

Minsk salatı


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Minsk salatı

Minsk salatı
Tərkibi:

2 orta boy kartof
250 q şampinyon
200 q duzlu kələm
1 soğan
bitki yağı (qovurmaq üçün)
ağ istiot
duz

Qazana təmiz su töküb ocağa qoyun. Su qaynayanadək kartofu tərtəmiz yuyun.

Qabıqlı kartofun hər birinin ortasından bıçaqla dairəvi çərtin (sanki Yer kürəsini ekvatorla yarıya bölürsünüz). Qaynayan suya qoyun, ocağı orta itilikdə edin, 10 dəqiqə bişirin. Duz vurun, daha 15-20 dəqiqə bişirin. Bişib-bişmədiyini çəngəllə yoxlayın. Bişibsə, qaynar suyu süzün, üstünə soyuq su alın. Bir az soyumuş kartofu əlinizə götürün, əlinizi bir tərəfinə vuran kimi qabığı rahatlıqla çıxacaq. Bu qayda ilə qabıqdan təmizləyin.

Soğanı doğrayın.

Göbələyi yuyun, qurulayın, nazik dilimləyin.

Tavada bitki yağını qızdırın. Orta itilikli odda əvvəlcə soğanı 2 dəqiqə qovurun, sonra göbələyi əlavə edin.

Şirəsi tam çəkilincə bişirin, qızardın.

Kartofu kubik doğrayın, yaxud dilimləyin (zövqə görə).

Qabda göbələk, kartof və duzlu kələmi qarışdırıb, duz-istiot vurun.

Süfrəyə soyuq verin. Üzərinə doğranmış cəfəri və ya şüyüd səpə bilərsiniz.

Bu salaın üzərinə bitki yağı, sirkə və şəkər tozundan ibarət sous da gəzdirmək olar.

Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 78 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024