Kimlər fitrə verməlidir?

Kimlər fitrə verməlidir?


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Kimlər fitrə verməlidir?

Kimlər fitrə verməlidir?
Ramazanın gəlməsi ilə bərabər vətəndaşları maraqlandıran suallardan biri də bu ilin fitrə zəkatının məbləği olub.

Bu il fitrə zəkatının məbləği 5-10 manat müəyyən edilib.

İslam dinində olduqca əhəmiyyətli yeri olan və yardım etməyi təbliğ edən bir ibadət olan "Fitrə" orucun qəbuluna, ölüm anının sıxıntılarından və qəbr əzabından qurtuluşa vəsilə olaraq verilir. Yoxsul insanların ehtiyaclarını ödəməyə, bayram nəşəsindən onların da faydalanmalarına vəsilə olan bu yardımla bağlı suallar və cavablar:

Kimlər fitrə verməlidir? Hansı məhsullardan fitrə verilə bilər?

Dini baxımdan kasıb hesab edilən hər bir kəs fitrə zəkatı ala bilər. Özünün və ailəsinin illik xərclərini ödəmək imkanı olmayan, onun və ailəsinin xərclərini təmin edəcək bir kəsi də olmayan şəxslərin fitrə zəkatı verməsi vacib deyildir. Fitrə zəkatını vermək hər bir imkanı olan müsəlmana vacibdir. Fitrə zəkatının bayram namazının başlamasına qədər verilməsi savabdır. Xəstəlik kimi hər hansı səbəbdən oruc tutmayanlar əgər imkanlı şəxslər hesab olunursa, onların da fitrə verməsi vacibdir.

Anaya, ataya, babaya, nənəyə, övlada, nəvəyə, həyat yoldaşına(xanımına) və kafirlərə fitrə verilməməlidir. Kasıb olan gəlinə, qardaşa, bibi, əmi, dayı, xala,xala kimi yaxın hesab edilən qohuma, kürəkənə, qaynanaya, qaynataya, qayına,ögey övlada fitrə verilə bilər. Əgər saleh insanlardırsa, yaxın qohuma fitrə vermək daha çox savab olar. (Mevkufat)

Fitrə zəkatı un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilir. Bu zəkatın miqdarı təqribən üç kiloqramdır.

Fitrə zəkatının məqsədlərindən biri də bayram günü müsəlman kasıbları sevindirməkdir.

Dostlarınla Paylaş

Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024