Kişi bir qadına bağlı olanda...

Kişi bir qadına bağlı olanda...


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Kişi bir qadına bağlı olanda...

Kişi bir qadına bağlı olanda...
Kişi bir qadına, qadın da bir kişiyə bağlı olarsa - bu onların psixikası, uğur və rahatlığı üçün əlverişli olur. Qadın və kişi arasındakı əlaqə yarandıqda, onlar iki yox, bir insana çevrilirlər. Onlar arasında qarşılıqlı enerji mübadiləsi baş verir, onlar bir bədən halına gəlirlər.

Nəyə görə insan ona xəyanət olunmasını sevmir? Çünki insan həmin enerjidən məhrum olur, sanki onun bir hissəsini qoparırlar.
Normal qadın xəyanət etmir, o çiçəklənir, öz qadınlığını yalnız bir kişiyə həsr edir, bir kişiyə məxsus olduğu üçün özünü xoşbəxt hiss edir.
Kişi də bir qadına sadiq olanda ağıl, dərrakə, kişi gücü və uğur əldə etmək quvvəsi hiss edir.

Çoxları sadiqliyin gücünü, əxlaqın gücünü indi anlayır. Əgər keçmişdə belə əlaqələr olubsa və bu əlaqələr sizə indi normal, harmonik əlaqələr qurmağa imkan vermirsə, bəs nə etməli?

Ən başlıcası bütün münasibətləri düzgün bitirməkdir. Münasibətlər bitən zaman insan ağrılı emosiyalar keçirir. Çalışmaq lazımdır ki, bu ağrını özündə saxlamayasan, onu danışasan. Yaxşı olar ki, ağrı və incikliklər barədə sizi dəstəkləyən yaxınlarınıza, dostlarınıza, qohumlarınıza danışasınız.

Yoxsa bu yara qaysaqlanmaz, ürəkdə ağrılı çöküntü qalar.

Ən vacib məqamlardan biri də sevgi və bağışlamaqla ayrılmaqdır.

Əksər insanlar ayrılarkən xoş olmayan məqamları xatırlayaraq mənfi emosiyalarla qapılırlar. Amma ürək ancaq sevgini bərpa edir.

Ayrılıqdan sonra mütləq özünə bərpa olunmaq üçün zaman vermək lazımdır. Çoxları, ayrılıqdan sonra əzab çəkməmək üçün dərhal yeni münasibətlər qururlar. İnsanlar yaralarının sağalmasına imkan vermirlər. Bundan isə yaxşı nəticə əldə etmək olmur, əvvəlki münasibətlər bu münasibətə keçir, çünki yaddaşda başqa insan haqqında xatirələr var. Ayrılıqdan sonra bərpa olunmaq üçün ən azı bir il vaxt keçməlidir.

Nəyə görə bir çox münasibətlər, nigahlar ayrılıqla bitir. Əksər hallarda bu, münasibətlərin düzgün vaxtda qurulmaması ilə əlaqədardır. Çünki insan əvvəlki münasibətindən sonra bərpa olunmayıb, öz daxilini təmizləməyib, incikliklərin öhdəsindən gələ bilməyib.

Buna görə də əgər möhkəm, harmonik münasibətlər qurmaq istəyirsinizsə, bərpa olunmaq, daxilən təmizlənmək üçün, özünüzə ən azı bir il vaxt verməlisiniz.

Dostlarınla Paylaş

Saytda 54 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024