Kişilər adətən belə qadınlara xəyanət edir

Kişilər adətən belə qadınlara xəyanət edir


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Kişilər adətən belə qadınlara xəyanət edir

Kişilər adətən belə qadınlara xəyanət edir
Bəzən kişilər həyat yoldaşlarından bezə, onlara xəyanət edirlər. Bunun üçün isə kişilərin müəyyən səbəbləri vardır. Psixoloqlar kişilərin adətən hansı qadınları tərk etmələri, təsəllini başqasında tapmalar, xəyanət etmələrinin səbəblərini araşdırıblar. Onlar adətən bu tip qadınlara xəyanət edir:

Altruist qadın
Bu tip qadınlar ailə həyatında yalnız bir qayda seçir: hər şey onun üçündür, o təkdir. Belə qadınlar hesab edir ki, artıq onlara heç nə lazım deyil. Amma kişilər həyat yoldaşlarının belə hərəkətini görəndə düşünürlər ki, bu qadınlar onların maraqlarına uyğun deyil. Fikirləşirlər ki, o səni hər şeydən məhrum edib, ona artıq lazım deyilsən. Bu zaman kişilərdə belə bir qayda çıxır: əgər özünü sevir və dəyər verirsənsə elə bir qadını sev ki sənə və gələcəkdə də dəyər versin.

Kişilər bütün fədakarlıqlarına baxmayaraq qarşı cinsdən hər hansı bir qarşılıq görməyəndə belə qadınlara hörmət etmirlər. Bax elə hörmətsizlik də xəyanətə ilk addım hesab olunur.

Eqoist qadın
Eqoizm xəyanətə səbəb olan xüsusiyyətlərdən biridir. Eqoist qadınlar kişiləri həmişə ikinci plana atır. Kişilərin arzuları və planları onlar üçün maraqlı deyil. Belə olduğu təqdirdə isə kişilər özlərinə başqa bir qadın tapır və bütün arzu və istəklərini həmin qadına sərf edir, onu dəyərləndirir, sevgisini ona həsr edir. Belə hallarda yalnız uşağın olması boşanmanı əngəlləyə bilər. Bu cür vəziyyətlərin olmaması üçün balansı qorumaq, bərabərhüquqlu partnyor olmaq lazımdır.

Evdarlıqdan doymayan qadın
Mütəmadi olaraq ev işləri ilə məşğul olan qadınlar kişiləri bezdirə bilər. Yəni kişilər həyat yoldaşını həmişə evləri yığışdırarkən, yemək bişirərkən, uşaqlarla məşğul olarkən görmək istəmirlər. Onlar işdən evə gələrkən özlərinə həmsöhbət axtarırlar. Və həyat yoldaşlarının əlində süngər qab-qacaq yuması, söhbət edərkən belə yalnız ev işlərindən danışması onları narahat edir. Bu zaman onlar özünə həmsöhbət maraqlı sevgili tapır, hansı ki bütün günü ev işlərindən söhbət etmir.

Psixoloqlar qadınların belə situasiyaya düşməməsi üçün həyat yoldaşları ilə tez-tez gəzməyə çıxmağı, kinoya baxmağı, teatra getməyi məsləhət görürlər. Kişilərə özünü unutmamaq şərtilə hörmət etmək və dəyər vermək lazımdır.

Pinti qadın
Bəzi qadınlar evləndikdən sonra dəyişir. Onlar fikirləşirlər ki, gözəl və baxımlı olmaq yalnız evlənənə kimi vacibdir. Yuyulmamış qablar, köhnə, formasız paltarlar, çirkli ev kişinin evi tərk etməsi üçün başlıca səbəblərdir. Belə həyat yoldaşı olan kişilər çox məmnuniyyətələ evdən çıxmaq, başqa qadın tapmaq istəyərlər. Qadın evdə həmişə gözəl və arzuolunan olmalıdır. Belə olduqda kişi sevinclə evə gəlməyə və sizinlə vaxt keçirməyə tələsəcək.

Qısqanc qadın
Kişilər qısqanc qadınları sevmir. Onlar başqa qadınlarla, iş yoldaşları ilə telefonla danışarkən sevgililərinin onları yoxlamasından narahat olurlar. Kişilərin elektron poçtunu, kompüterini, mesajını oxumaq onları bezdirir. Xəyanət mərhələsinə gəlib çatmamaq üçün bu kimi boş şeylərə fikir verməmək, bezdirməmək, həyat yoldaşınızla gəzintiyə çıxmaq, onunla keçmiş günləri xatırlamaq kifayətdir.

Dostlarınla Paylaş

Saytda 403 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024